İdman · İdman.biz

“Williams” pilotundan etiraf: “Əsas problemləri həll edə bilmirik”

Hazırda oxuyur: — Ümumi baxış: 0 Cari oxucu sayı son 90 saniyədə görünən səhifələrə əsaslanır.
Xəbəri saxlamaq üçün daxil olun
“Williams” pilotundan etiraf: “Əsas problemləri həll edə bilmirik” xəbəri üçün şəkil

“Formula-1” üzrə dünya çempionatında çıxış edən “Williams” komandasının pilotu Aleks Albon ABŞ Qran-prisindəki uğursuz nəticələrin səbəblərini açıqlayıb.

İdman.Biz xəbər verir ki, taylandlı sürücü Ostində keçirilən sıralama turundan sonra boliddəki problemlərin aradan qaldırılmadığını etiraf edib.

“Bolidin tənzimləmələri üzərində hər sessiyada müxtəlif dəyişikliklər edirik, amma əsas problemləri həll edə bilmirik. Hər şeyi sınayırıq, lakin heç nə işləmir”, - deyə Albon bildirib.

O, sıralama turunu da ilk sərbəst yürüşdə olduğu kimi qarışıq hisslərlə başa vurduğunu söyləyib.

“Williams”ın hər iki pilotu sıralama turunun ilk hissəsində mübarizəni dayandırıb.

Komandanın problemləri həmçinin 2027-ci il mövsümünə hazırlıq məqsədilə aparılan sınaqlarla əlaqələndirilir.

Sayns bildirib ki, komanda gələn il üçün yeni həllər üzərində işləsə də, Ostində bolidin sürəti rəqiblərlə mübarizə aparmaq üçün kifayət etmir.

BİRLİKDƏ PAYLAŞAQ

Xəbəri paylaş

Oxunma0

Bu saytdakı səhifə baxışları; təkrar açılışlar da sayılır.

Yuxarı qayıt ↑