İdman · İdman.biz

Vinisius Çempionlar Liqasının oyunundan əvvəl göz yaşlarını saxlaya bilmədi - FOTO

Hazırda oxuyur: — Ümumi baxış: 0 Cari oxucu sayı son 90 saniyədə görünən səhifələrə əsaslanır.
Xəbəri saxlamaq üçün daxil olun
Vinisius Çempionlar Liqasının oyunundan əvvəl göz yaşlarını saxlaya bilmədi - FOTO xəbəri üçün şəkil

“Real Madrid”in hücumçusu Vinisius Junior UEFA Çempionlar Liqasının əsas mərhələsinin dördüncü turunda Yunanıstanın AEK komandası ilə görüşdən əvvəl göz yaşlarını saxlaya bilməyib.

İdman.Biz xəbər verir ki, braziliyalı futbolçu “Tenerife”nin oyunçusu Xesus de Migelin və İspaniyanın Toledo əyalətində baş vermiş dəmir yolu qəzasının qurbanlarının xatirəsinə keçirilən bir dəqiqəlik sükut zamanı kövrəlib.

Qarşılaşma Afinadakı “OPAP Arena” stadionunda keçirilir. Oyunun baş hakimi italiyalı Mauritsio Marianidir.

Qeyd edək ki, dördüncü turdan əvvəl “Real Madrid” doqquz xalla Çempionlar Liqasının turnir cədvəlində beşinci, AEK isə üç xalla 27-ci pillədə qərarlaşıb.

BİRLİKDƏ PAYLAŞAQ

Xəbəri paylaş

Oxunma0

Bu saytdakı səhifə baxışları; təkrar açılışlar da sayılır.

Yuxarı qayıt ↑