İdman · İdman.biz

“Vikinq”in baş məşqçisi “Sabah”la oyun öncəsi jurnalistlərin qarşısına çıxmadı

Hazırda oxuyur: — Ümumi baxış: 0 Cari oxucu sayı son 90 saniyədə görünən səhifələrə əsaslanır.
Xəbəri saxlamaq üçün daxil olun
“Vikinq”in baş məşqçisi “Sabah”la oyun öncəsi jurnalistlərin qarşısına çıxmadı xəbəri üçün şəkil

Norveçin “Vikinq” klubunun baş məşqçisi Morten Yensen UEFA Çempionlar Liqasının əsas mərhələsinin dördüncü turunda “Sabah”la keçiriləcək oyun ərəfəsində jurnalistlərlə görüşdə iştirak etməyib.

İdman.Biz “Sportsbibelen” nəşrinə istinadən xəbər verir ki, mütəxəssisin mətbuat qarşısına çıxmaması Norveç çempionatında “Budo-Qlimt”lə matçda yaşanan qalmaqaldan sonra diqqət çəkib. Həmin qarşılaşmada Yensen və rəqib komandanın baş məşqçisi Ketil Knutsen arasında emosional mübahisə baş verib və hər iki mütəxəssis meydandan kənarlaşdırılıb.

Jurnalistlərlə görüşdə Yensenin əvəzinə “Vikinq”in digər baş məşqçisi Byarte Lunde Orsheym iştirak edib. Klubdan bildirilib ki, iki mütəxəssis komandaya növbə ilə rəhbərlik edir və hər həftə vəzifələrini dəyişirlər.

Həmkarının niyə mətbuat qarşısına çıxmadığı barədə suala Orsheym belə cavab verib:

“Xeyr, hazırda mənim həftəmdir”.

“Vikinq”in baş direktoru Erik Nevland isə Yensenin əvvəlki qalmaqala görə jurnalistlərdən uzaq tutulması ehtimalını rədd edib.

“Düşünürəm ki, Morten çərşənbə günü baş verəcəklərə diqqətini yönəltməlidir. Hazırda ən vacib məsələ budur”, - deyə Nevland bildirib.

O, klubda məşqçilərin media ilə ünsiyyətinə heç bir məhdudiyyət qoyulmadığını da vurğulayıb.

Qeyd edək ki, “Vikinq” - “Sabah” qarşılaşması noyabrın 4-dən 5-nə keçən gecə Bakı vaxtı ilə saat 00:00-da başlayacaq.

BİRLİKDƏ PAYLAŞAQ

Xəbəri paylaş

Oxunma0

Bu saytdakı səhifə baxışları; təkrar açılışlar da sayılır.

Yuxarı qayıt ↑