İdman · İdman.biz

Taekvondoçumuz Paris Qran-prisində mübarizə aparacaq

Hazırda oxuyur: — Ümumi baxış: 0 Cari oxucu sayı son 90 saniyədə görünən səhifələrə əsaslanır.
Xəbəri saxlamaq üçün daxil olun
Taekvondoçumuz Paris Qran-prisində mübarizə aparacaq xəbəri üçün şəkil

Azərbaycanın taekvondoçusu Qaşim Maqomedov Fransanın paytaxtı Parisdə keçiriləcək Dünya Taekvondo Qran-Prisində iştirak edəcək.

İdman.Biz xəbər verir ki, bu barədə Azərbaycan Taekvondo Federasiyası məlumat yayıb.

Bildirilib ki, baş məşqçi Məmməd Abdullayevin rəhbərliyi ilə yarışa yollanan idmançı 58 kq çəki dərəcəsində mübarizə aparacaq. O, oktyabrın 9-da tatamiyə çıxacaq.

Bu gün start götürəcək və oktyabrın 11-dək davam edəcək Qran-pri turniri Olimpiadaya reytinq xalları qazandırır.

Beynəlxalq dərəcəli hakim Aygül Abdullayeva da yarışda Azərbaycanı təmsil edir.

BİRLİKDƏ PAYLAŞAQ

Xəbəri paylaş

Oxunma0

Bu saytdakı səhifə baxışları; təkrar açılışlar da sayılır.

Yuxarı qayıt ↑