İdman · İdman.biz

Snuker üzrə ölkə çempionatının qalibləri müəyyənləşib

Hazırda oxuyur: — Ümumi baxış: 0 Cari oxucu sayı son 90 saniyədə görünən səhifələrə əsaslanır.
Xəbəri saxlamaq üçün daxil olun
Snuker üzrə ölkə çempionatının qalibləri müəyyənləşib xəbəri üçün şəkil

Snuker üzrə Azərbaycan çempionatının qalibləri məlum olub.

İdman.Biz xəbər verir ki, oktyabrın 31-dən noyabrın 2-dək Heydər Əliyev adına İdman-Konsert Kompleksində təşkil olunan yarışda idmançılar çempionluq uğrunda mübarizə aparıblar.

Turnirin yekununda Orxan Qubatov bütün rəqiblərini qabaqlayaraq birinci yeri tutub. Orxan Rzayev ikinci, Vüqar Omarov və Tural Zeynallı isə üçüncü yeri bölüşüblər.

Qeyd edək ki, üç gün davam edən çempionatın əsas məqsədi ölkənin ən güclü snukerçilərini müəyyənləşdirmək, onların peşəkarlıq səviyyəsini artırmaq və bu idman növünün təbliğinə töhfə vermək olub.

BİRLİKDƏ PAYLAŞAQ

Xəbəri paylaş

Oxunma0

Bu saytdakı səhifə baxışları; təkrar açılışlar da sayılır.

Yuxarı qayıt ↑