“Sabah”ın futbolçusu Coy-Lens Mikels UEFA Çempionlar Liqasının Liqa mərhələsinin ikinci turunda “Slaviya” ilə keçirilən görüşün ən yaxşı oyunçusu seçilib.
İdman.Biz xəbər verir ki, Bakı təmsilçisinin hücumçusu qarşılaşmada komandasının ikinci qoluna imza atıb.
Mikels 88-ci dəqiqədə fərqlənərək “Sabah”ın üstünlüyünü iki topa çatdırıb.
Qeyd edək ki, Bakı Olimpiya Stadionunda keçirilən matç “Sabah”ın 2:0 hesablı qələbəsi ilə yekunlaşıb. Bu, Azərbaycan klubunun Çempionlar Liqasının Liqa mərhələsində ilk qələbəsi olub.





