İdman · İdman.biz

Rəşid Məmmədəliyev dünya çempionatında bürünc medal qazandı - YENİLƏNİR + FOTO/VİDEO

Hazırda oxuyur: — Ümumi baxış: 0 Cari oxucu sayı son 90 saniyədə görünən səhifələrə əsaslanır.
Xəbəri saxlamaq üçün daxil olun
Rəşid Məmmədəliyev dünya çempionatında bürünc medal qazandı - YENİLƏNİR + FOTO/VİDEO xəbəri üçün şəkil

73 kq çəki dərəcəsində çıxış edən Rəşid Məmmədəliyev dünya çempionatında bürünc medal uğrunda görüşdə braziliyalı Daniel Karninə qalib gəlib.

İdman.Biz xəbər verir ki, Azərbaycan cüdoçusu doğma tatamidə mundialın mükafatçıları sırasına düşüb.

Qeyd edək ki, daha əvvəl Hidayət Heydərov (73 kq) və Xədicə Qədəşova (57 kq) mundialda mübarizəni dayandırıblar.

Qeyd edək ki, Milli Gimnastika Arenasında təşkil olunan dünya çempionatı oktyabrın 11-də başa çatacaq. Yarışın ilk günündə Azərbaycan millisinin üzvü Əhməd Yusifov (60 kq) qızıl medal qazanıb. Bu, Azərbaycan cüdo tarixində böyüklər arasında dünya çempionatlarında dördüncü qızıl medal, 60 kq çəki dərəcəsində isə ilk dünya çempionluğudur.

Foto: İslam Atakişiyev

15:19

Azərbaycan cüdoçusu Rəşid Məmmədəliyev (73 kq) bu gün Bakıda keçirilən dünya çempionatında bürünc medal uğrunda mübarizə aparacaq.

İdman.Biz xəbər verir ki, Məmmədəliyevin bürünc medal uğrunda rəqibi braziliyalı Daniel Karnin olacaq.

Final bloku saat 18:00-da başlayacaq.

Qeyd edək ki, daha əvvəl Hidayət Heydərov (73 kq) və Xədicə Qədəşova (57 kq) mundialda mübarizəni dayandırıblar.

Xatırladaq ki, Milli Gimnastika Arenasında təşkil olunan dünya çempionatı oktyabrın 11-də başa çatacaq. Yarışın ilk günündə Azərbaycan millisinin üzvü Əhməd Yusifov (60 kq) qızıl medal qazanıb. Bu, Azərbaycan cüdo tarixində böyüklər arasında dünya çempionatlarında dördüncü qızıl medal, 60 kq çəki dərəcəsində isə ilk dünya çempionluğudur.

14:33

Azərbaycan cüdoçusu Rəşid Məmmədəliyev Bakıda keçirilən dünya çempionatında bürünc medal uğrunda mübarizə aparacaq.

İdman.Biz xəbər verir ki, milli üzvü təsəlliverici görüşdə italiyalı Leonardo Valerianini üstələyib.

Qeyd edək ki, daha əvvəl dünya çempionatında Hidayət Heydərov (73 kq) və Xədicə Qədəşova (57 kq) məğlub olub.

Xatırladaq ki, Milli Gimnastika Arenasında təşkil olunan mundial oktyabrın 11-də başa çatacaq. Yarışın ilk günündə Azərbaycan millisinin üzvü Əhməd Yusifov (60 kq) qızıl medal qazanıb. Bu, Azərbaycan cüdo tarixində böyüklər arasında dünya çempionatlarında qazanılan dördüncü qızıl medal, 60 kq çəki dərəcəsində isə ilk dünya çempionluğudur.

14:13

Azərbaycan cüdoçusu Rəşid Məmmədəliyev Bakıda keçirilən dünya çempionatında növbəti görüşünü keçirib.

İdman.Biz xəbər verir ki, 1/4 fransalı Dayyan Bulemtapesə uduzub.

Buna baxmayaraq Azərbaycan cüdoçusu medal şansını saxlayıb. Belə ki, Məmmədəliyev təsəlliverici görüşdə qələbə qazanacağı təqdirdə, bürünc medal uğrunda yarışmaq hüququ əldə edəcək.

Qeyd edək ki, daha əvvəl dünya çempionatında Hidayət Heydərov (73 kq) və Xədicə Qədəşova (57 kq) məğlub olub.

Xatırladaq ki, dünya çempionatı oktyabrın 11-də başa çatacaq. Yarışın ilk günündə Azərbaycan millisinin üzvü Əhməd Yusifov (60 kq) qızıl medal qazanıb. Bu, Azərbaycan cüdo tarixində böyüklər arasında dünya çempionatlarında dördüncü qızıl medal, 60 kq çəki dərəcəsində isə ilk dünya çempionluğudur.

13:52

Azərbaycan cüdoçusu Hidayət Heydərov Bakıda keçirilən dünya çempionatında növbəti görüşünə çıxıb.

İdman.Biz xəbər verir ki, 73 kq çəki dərəcəsində çıxış edən olimpiya çempionu 1/8 finalda italiyalı Covanni Espozito ilə üz-üzə gəlib.

Görüşün sonunda hakimlərin mübahisəli qərarı ilə Hidayət Heydərova üçüncü şido verilib və bu qərardan sonra o, qarşılaşmanı məğlubiyyətlə başa vurub.

Qeyd edək ki, Azərbaycanın digər cüdoçusu Rəşid Məmmədəliyev (73 kq) dünya çempionatının 1/4 finalına yüksəlib. Onun bu mərhələdə rəqibi Fransa təmsilçisi Dayyan Boulemtafes olacaq.

Xatırladaq ki, dünya çempionatı oktyabrın 11-də başa çatacaq. Yarışın ilk günündə Azərbaycan millisinin üzvü Əhməd Yusifov (60 kq) qızıl medal qazanıb. Bu, Azərbaycan cüdo tarixində böyüklər arasında dünya çempionatlarında dördüncü qızıl medal, 60 kq çəki dərəcəsində isə ilk dünya çempionluğudur.

13:41

Azərbaycan cüdoçusu Rəşid Məmmədəliyev Bakıda keçirilən dünya çempionatında ikinci qələbəsini qazanıb.

İdman.Biz xəbər verir ki, 73 kq çəki dərəcəsində mübarizə aparan idmançı 1/8 finalda böyük britaniyalı cüdoçu Etan Nairini məğlub edib.

R.Məmmədəliyev 1/4 finalda fransalı Dayyan Bulemtapes ilə qarşılaşacaq.

Bu gün 73 kq çəki dərəcəsində mübarizə aparan Hidayət Heydərov da 1/8 final görüşlərinə çıxacaq.

13:35

Bakıda keçirilən cüdo üzrə dünya çempionatı davam edir.

İdman.Biz xəbər verir ki, Azərbaycan millisinin üzvü Xədicə Qədəşova (57 kq) mundialda mübarizəni dayandırıb.

Cüdoçumuz 1/16 finalda Qırğızıstan təmsilçisi Janar Joldoşevaya məğlub olub.

Bu gün 73 kq çəki dərəcəsində mübarizə aparan Rəşid Məmmədəliyev və Hidayət Heydərov da 1/8 final görüşlərinə çıxacaqlar.

Qeyd edək ki, dünya çempionatı oktyabrın 11-də başa çatacaq. Yarışın ilk günündə Azərbaycan millisinin üzvü Əhməd Yusifov (60 kq) qızıl medal qazanıb. Bu, Azərbaycan cüdo tarixində böyüklər arasında dünya çempionatlarında dördüncü qızıl medal, 60 kq çəki dərəcəsində isə ilk dünya çempionluğudur.

12:30

Bakıda keçirilən cüdo üzrə dünya çempionatı davam edir.

İdman.Biz xəbər verir ki, 73 kq çəki dərəcəsində mübarizə aparan Rəşid Məmmədəliyev və Hidayət Heydərov 1/16 finalda rəqiblərinə qalib gəliblər.

Rəşid Məmmədəliyev kanadalı Castin Lemiri, Hidayət Heydərov isə finlandiyalı Valtteri Olinə qalib gəlib.

Onlar növbəti mərhələyə vəsiqə qazanıblar.

Bu gün Xədicə Qədəşova (57 kq) da tatamiyə çıxacaq.

Qeyd edək ki, mundial oktyabrın 11-də başa çatacaq. Yarışın ilk günündə Azərbaycan millisinin üzvü Əhməd Yusifov (60 kq) qızıl medal qazanıb. Bu, Azərbaycan cüdo tarixində böyüklər arasında dünya çempionatlarında dördüncü qızıl medal, 60 kq çəki dərəcəsində isə ilk dünya çempionluğudur.

11:38

Bakıda keçirilən cüdo üzrə dünya çempionatı davam edir.

İdman.Biz xəbər verir ki, 73 kq çəki dərəcəsində mübarizə aparan Rəşid Məmmədəliyev və Hidayət Heydərovun 1/16 finaldakı rəqibləri məlum olub.

Rəşid Məmmədəliyev kanadalı Castin Lemirlə, Hidayət Heydərov isə finlandiyalı Valtteri Olinlə qarşılaşacaq.

Bu gün Xədicə Qədəşova (57 kq) da tatamiyə çıxacaq.

Qeyd edək ki, mundial oktyabrın 11-də başa çatacaq. Yarışın ilk günündə Azərbaycan millisinin üzvü Əhməd Yusifov (60 kq) qızıl medal qazanıb. Bu, Azərbaycan cüdo tarixində böyüklər arasında dünya çempionatlarında dördüncü qızıl medal, 60 kq çəki dərəcəsində isə ilk dünya çempionluğudur.

11:02

Azərbaycan cüdoçusu Hidayət Heydərov Bakıda keçirilən dünya çempionatına qələbə ilə start verib.

İdman.Biz xəbər verir ki, 73 kq çəki dərəcəsində çıxış edən idmançı 1/32 finalda Kosovodan olan Akil Qyakova ilə üz-üzə gəlib.

Rəqibini məğlub edən H.Heydərov növbəti mərhələyə vəsiqə qazanıb.

Qeyd edək ki, mundial oktyabrın 11-də başa çatacaq.

09:13

Azərbaycanın daha üç cüdoçusu Bakıda keçirilən dünya çempionatında bu gün mübarizəyə başlayacaq.

İdman.Biz xəbər verir ki, yarışın üçüncü günündə Xədicə Qədəşova (57 kq), 2024-cü il Olimpiya çempionu Hidayət Heydərov və Rəşid Məmmədəliyev (hər ikisi 73 kq) tatamiyə çıxacaqlar.

X.Qədəşova 1/32 finalda Qırğızıstan təmsilçisi Janar Joldoşeva ilə üz-üzə gələcək. H.Heydərov eyni raundda Kosovodan olan Akil Qyakovanın müqavimətini qırmağa çalışacaq.

R.Məmmədəliyev 1/16 finalda Adil Osmanov (Moldova) – Castin Lemir (Kanada) görüşünün qalibi ilə münasibətlərə aydınlıq gətirəcək.

Adil Osmanov azərbaycan əsilli moldovalı cüdoçudur və 2017-ci ildən beynəlxalq arenada Moldovanı təmsil edir. 26 yaşlı idmançı 2024-cü il Paris Yay Olimpiya Oyunlarının bürünc medalçısı, Antalyada keçirilən “Böyük Dəbilqə” turnirinin və 2024-cü ildə Yuxarı Avstriya Qran-prisinin qalibi, həmçinin 2025-ci il Dünya Tələbə Oyunlarının çempionudur.

Osmanov 2024-cü ildə Rəşid Məmmədəliyevlə iki dəfə qarşılaşıb və hər iki görüş mötəbər turnirlərin finalına təsadüf edib. O, mart ayında Linzdə keçirilən Yuxarı Avstriya Qran-prisinin həlledici görüşündə azərbaycanlı cüdoçuya qalib gəlib. Bir neçə həftə sonra isə Antalyadakı “Böyük Dəbilqə” turnirinin finalında yenidən Məmmədəliyevi məğlub edib.

Təsnifat mərhələsi saat 10:30-da, medal görüşlərini əhatə edən final bloku isə 18:00-da başlayacaq.

Qeyd edək ki, mundial oktyabrın 11-də başa çatacaq. Yarışın ilk günündə Azərbaycan millisinin üzvü Əhməd Yusifov (60 kq) qızıl medal qazanıb. Bu, Azərbaycan cüdo tarixində böyüklər arasında dünya çempionatlarında qazanılan dördüncü qızıl medal, 60 kq çəki dərəcəsində isə ilk dünya çempionluğudur.

BİRLİKDƏ PAYLAŞAQ

Xəbəri paylaş

Oxunma0

Bu saytdakı səhifə baxışları; təkrar açılışlar da sayılır.

Yuxarı qayıt ↑