İdman · İdman.biz

Rəşad Rəsullu: “Cəlb etdiyimiz idmançılar bizə hazır vəziyyətdə gəlməyiblər”

Hazırda oxuyur: — Ümumi baxış: 0 Cari oxucu sayı son 90 saniyədə görünən səhifələrə əsaslanır.
Xəbəri saxlamaq üçün daxil olun
Rəşad Rəsullu: “Cəlb etdiyimiz idmançılar bizə hazır vəziyyətdə gəlməyiblər” xəbəri üçün şəkil

“Cəlb etdiyimiz idmançılar bizə hazır vəziyyətdə gəlməyiblər, onları özümüz yetişdirmişik. Bu cür söhbətlər idmançılarımıza da mənfi təsir göstərir”.

İdman.Biz xəbər verir ki, bunu Azərbaycan Cüdo Federasiyasının (ACF) icraçı vitse-prezidenti Rəşad Rəsullu Bakı-2026 cüdo üzrə dünya çempionatının yekunlarına həsr olunmuş mətbuat konfransında deyib.

O bildirib ki, Ömər Rəcəbli kimi idmançılarımızın ne-vaza texnikası, xüsusilə də ayaqla hücumları dünya səviyyəsində yüksək qiymətləndirilir. Bununla belə, bu istiqamətdə müəyyən çatışmazlıqlar mövcuddur və onların aradan qaldırılması üçün həm komanda, həm də fərdi səviyyədə iş aparılır.

Rəşad Rəsullunun sözlərinə görə, Ömər Rəcəbli də bəzi texniki məqamları təkmilləşdirməlidir. Bu baxımdan, komi-kata texnikasının inkişafına da xüsusi diqqət yetiriləcək.

ACF rəsmisi klassik cüdonun inkişafının federasiyanın əsas prioritetlərindən biri olduğunu vurğulayıb. O qeyd edib ki, bu sahədəki çatışmazlıqlar böyüklərdən ibarət milli komandada da özünü göstərir və problemin həlli üçün təlim-məşq prosesinin təkmilləşdirilməsi vacibdir.

Rəsullu bildirib ki, bu istiqamətdə artıq konkret addımlar atılır. Belə ki, 16-17 yaşlı oğlan və qız cüdoçular üçün xüsusi təlim-məşq toplanışlarının təşkili nəzərdə tutulub. O, yeni nəslin yetişməsi nəticəsində 2032–2036-cı illərdə milli komandada texniki çatışmazlıqların azalacağına ümid etdiyini bildirib.

Xatırladaq ki, cüdo üzrə dünya çempionatı oktyabrın 4-dən 11-dək Bakıda keçirilib. Azərbaycan yığması mundialda bir qızıl, iki gümüş və dörd bürünc medal qazanaraq böyüklər arasında dünya çempionatlarında medal sayına görə milli rekord müəyyənləşdirib. Əhməd Yusifov (60 kq) dünya çempionu olub. Zelim Tçkayev (81 kq) və Uşanqi Kokauri (100 kq-dan yuxarı) gümüş, Rəşid Məmmədəliyev (73 kq), Ömər Rəcəbli (81 kq), Murad Fətiyev (90 kq) və Kənan Nəsibov (100 kq-dan yuxarı) isə bürünc medal qazanıblar.

BİRLİKDƏ PAYLAŞAQ

Xəbəri paylaş

Oxunma0

Bu saytdakı səhifə baxışları; təkrar açılışlar da sayılır.

Yuxarı qayıt ↑