PSJ-nin gürcüstanlı hücumçusu Xviça Kvaratsxeliya Çempionlar Liqasının əsas mərhələsinin üçüncü turunda “Barselona” ilə keçirilən oyunda sağ dizindən ciddi zədə aldıqdan sonra 2026/27 mövsümünü buraxa bilər.
İdman.Biz “L’Équipe” nəşrinə istinadən məlumat verir ki, gürcüstanlı hücumçu zədələnmiş dizinin bərpası üçün əməliyyat olunmalıdır.
Belə ki, Kvaratsxeliya həftənin əvvəlində Qətərin paytaxtı Dohaya yollanacaq. Əməliyyat peşəkar idmançıların ciddi zədələrinin müalicəsi üzrə ixtisaslaşan dünyaca məşhur “Aspetar” klinikasında həyata keçiriləcək.
Ön çarpaz bağın qopması zamanı futbolçunun tam məşqlərə və oyunlara qayıtması, adətən, 6–9 ay çəkir. Bu səbəbdən Kvaratsxeliyanın mövsümün qalan hissəsini buraxacağı ehtimal olunur.
Qeyd edək ki, bu gün “Qızıl top” mükafatının təqdimetmə mərasimi keçiriləcək. Kvaratsxeliya da mükafata namizədlər arasında yer alır, lakin onun tədbirdə iştirakı gözlənilmir.




