İdman · İdman.biz

“Neftçi”nin müdafiəçisi “Sabah”la oyunu dəyərləndirdi

Hazırda oxuyur: — Ümumi baxış: 0 Cari oxucu sayı son 90 saniyədə görünən səhifələrə əsaslanır.
Xəbəri saxlamaq üçün daxil olun
“Neftçi”nin müdafiəçisi “Sabah”la oyunu dəyərləndirdi xəbəri üçün şəkil

“İki böyük komanda arasında gərgin mübarizə şəraitində keçən oyun oldu”.

Bu sözləri “Neftçi”nin futbolçusu Falaye Sako deyib.

31 yaşlı müdafiəçi Misli Premyer Liqasının yeddinci turunda “Sabah”la qarşılaşmanı dəyərləndirib.

“Sabah”ın keyfiyyətli futbolçuları var və rəqibin gücünü yaxşı bilirdik. Buna görə də bütün həftə ərzində bu qarşılaşmaya ciddi hazırlaşır, məşq prosesində oyunun üzərində ətraflı işləyirdik. Hesab açılmasa da, düşünürəm ki, azarkeşlər üçün maraqlı və mübarizəli qarşılaşma alındı. Şəxsi çıxışıma gəlincə, müdafiədəki oyunumu müsbət qiymətləndirirəm. Belə görüşlərdə müdafiəçilərin üzərinə böyük məsuliyyət düşür. Əsas vəzifəmiz rəqibin hücumlarının qarşısını almaq və qapımızı toxunulmaz saxlamaqdır. Meydanda diqqətli olmaq, düzgün mövqe seçmək və komanda şəklində hərəkət etmək çox vacibdir. Bu baxımdan, fikrimcə, komanda olaraq üzərimizə düşən işi yaxşı yerinə yetirdik. Ümumilikdə, çox yaxşı təsir bağışladıq. Qarşılaşmada göstərdiyimiz oyundan razı qaldım”, - deyə o sport24.az-a açıqlamasında söyləyib.

Qeyd edəki ki, dünən baş tutaqn matç qolsuz başa çatıb.

BİRLİKDƏ PAYLAŞAQ

Xəbəri paylaş

Oxunma0

Bu saytdakı səhifə baxışları; təkrar açılışlar da sayılır.

Yuxarı qayıt ↑