İdman · İdman.biz

Mourinyo “Barselona” ilə bağlı qalmaqaldan danışdı: Neqreyra işi hakimliyin tarixində ən böyüyü ola bilər

Hazırda oxuyur: — Ümumi baxış: 0 Cari oxucu sayı son 90 saniyədə görünən səhifələrə əsaslanır.
Xəbəri saxlamaq üçün daxil olun
Mourinyo “Barselona” ilə bağlı qalmaqaldan danışdı: Neqreyra işi hakimliyin tarixində ən böyüyü ola bilər xəbəri üçün şəkil

Madrid “Real”ının baş məşqçisi Joze Mourinyo “Barselona” və İspaniya Hakimlər Texniki Komitəsinin sabiq vitse-prezidenti Xose Mariya Enrikes Neqreyra ilə bağlı məhkəmə araşdırmasına münasibət bildirib.

İdman.Biz “El Chiringuito TV”yə istinadən xəbər verir ki, portuqaliyalı mütəxəssis iş üzrə real cəzanın tətbiq edilməməsinin dünya futbolunda böyük qalmaqala səbəb olacağını düşünür.

“Əgər sonda heç nə baş verməsə və heç kim real cəza almasa, bu, dünya hakimliyinin tarixində ən böyük qalmaqala çevriləcək”, – deyə Mourinyo açıqlamasında vurğulayıb.

Xatırladaq ki, “Neqreyra işi” 2023-cü ilin yazında gündəmə gəlib. “Barselona” 2001-2018-ci illər ərzində İspaniya Hakimlər Texniki Komitəsinin o zamankı vitse-prezidenti Neqreyra ilə əlaqəli şirkətlərə yeddi milyon avrodan çox vəsait köçürməkdə ittiham olunur.

Kataloniya klubu ödənişlərin hakimlik hesabatları ilə bağlı məsləhət xidmətləri müqabilində edildiyini açıqlayıb. İspaniya prokurorluğu isə korrupsiya şübhələri ilə bağlı araşdırmanı davam etdirir.

BİRLİKDƏ PAYLAŞAQ

Xəbəri paylaş

Oxunma0

Bu saytdakı səhifə baxışları; təkrar açılışlar da sayılır.

Yuxarı qayıt ↑