UEFA Millətlər Liqasının dördüncü turuna yekun vurulub.
İdman.Biz xəbər verir ki, A Liqasının qrup mərhələsinin dördüncü turunda İngiltərə və İspaniya milliləri növbəti qələbələrini qazanıblar.
İngiltərə “Uembli”də Çexiyanı 3:0 hesabı ilə məğlub edib. Vladimir Kufalın 27-ci dəqiqədə avtoqolundan sonra Harri Keyn 40-cı və 57-ci dəqiqələrdə fərqlənərək dubl edib.
Paralel keçirilən görüşdə İspaniya səfərdə Xorvatiyaya 2:1 hesabı ilə qalib gəlib. İvan Perişiç 18-ci dəqiqədə hesabı açsa da, Mikel Merino 61-ci və 88-ci dəqiqələrdə vurduğu qollarla ispanlara qələbə qazandırıb. Xorvatiya 79-cu dəqiqədən Perişiçin qırmızı vərəqə alması səbəbindən azlıqda oynayıb.
Dörd turdan sonra İspaniya maksimum nəticə ilə pley-off-a vəsiqəni vaxtından əvvəl təmin edib. Portuqaliyadan sonra Millətlər liqasının dörddəbir finalına çıxan ikinci komanda İspaniya olub.
Növbəti turda İngiltərə Xorvatiya, İspaniya isə Çexiya ilə qarşılaşacaq.
İngiltərə doqquz xalla A Liqasının üçüncü qrupunda ikinci pillədə qərarlaşıb, Çexiya isə dörd oyunun hamısında məğlub olaraq sonuncu sırada yer alır. Qrupa İspaniya (12 xal) başçılıq edir, Xorvatiya (3 xal) üçüncü pillədədir.
B1 qrupunda keçirilən oyunlarda İsveçrə doğma meydanda Şimali Makedoniyaya 3:0 hesabı ilə qalib gəlib. Sloveniya isə səfərdə Şotlandiyaya 2:1 hesabı ilə məğlub edib. İsveçrə dörd oyunda 12 xal toplamaqla A Liqasına vəsiqəni demək olar təmin edib. Belə ki, İsveçrəyə A Liqasına yüksəlməsi üçün növbəti iki turda yeddi xala malik Sloveniyanın xal itirməsi kifayət edir. Və ya İsveçrə millisinin növbəti oyunlarda bir qələbəsi buna tam kifayət edər.
C1 qrupunda Belarus Finlandiyadan 1:0 hesabı ilə üstün olub, Albaniya isə San-Marinonu 2:1 hesabı ilə məğlub edib.
C3 qrupunda Moldova Slovakiyaya 0:4 hesabı ilə uduzub.
C4 qrupunda Estoniya və İslandiya qalibi müəyyənləşdirə bilməyib - 0:0, Lüksemburq isə Bolqarıstana 0:2 hesabı ilə uduzub.
20:03
Qazaxıstan millisi Millətlər Liqasının qrup mərhələsi matçında doğma meydanda Farer adaları yığması ilə heç-heçə edib - 2:2.
Meydan sahiblərindən qolları Sergey Malıy və Maksim Samorodovun ötürməsindən sonra Nuralı Alip vurublar.
Komandalar matçı on nəfərlə başa vurublar — Martin Aqnarsson ikinci sarı vərəqəni alıb, Malıy isə birbaşa qırmızı vərəqə ilə cəzalandırılıb. Meydan sahibləri 63-cü dəqiqəyə qədər 0:2 hesabı ilə geridə idilər.
"Sabah"ın qapıçısı Stas Pokatilov bu dəfə Qazaxıstan millisinin ehtiyat oyunçular skamyasından oyunu izləyib. Qapını Anarbekov qoruyub.
Qazaxıstan iki xal toplayaraq C3 qrupunun turnir cədvəlində dördüncü yeri tutur. Dörd xalı olan Farer adaları isə ikinci pillədədir.
10:14
Bu gün futbol üzrə UEFA Millətlər Liqasının dördüncü turuna yekun vurulacaq.
İdman.Biz xəbər verir ki, oktyabrın 6-da 10 oyun keçiriləcək. Oyun günü Bakı vaxtı ilə saat 18:00-da Qazaxıstan - Farer adaları görüşü ilə başlayacaq. Qalan doqquz matç saat 22:45-də start götürəcək. Matçların başlama vaxtı Bakı vaxtı ilə göstərilib.
LİQA A
A3 Qrupu
İspaniya - 9 xal.
İngiltərə - 6 xal.
Xorvatiya - 3 xal.
Çexiya - 0 xal.
22:45 - Xorvatiya - İspaniya.
22:45 - İngiltərə - Çexiya.
LİQA B
B1 Qrupu
İsveçrə - 9 xal.
Sloveniya - 4 xal.
Şotlandiya - 4 xal.
Şimali Makedoniya - 0 xal.
22:45 - Şotlandiya - Sloveniya.
22:45 - İsveçrə - Şimali Makedoniya.
LİQA C
C1 Qrupu
Finlyandiya - 7 xal.
Albaniya - 6 xal.
Belarus - 4 xal.
San-Marino - 0 xal.
22:45 - Albaniya - San-Marino.
22:45 - Belarus - Finlyandiya.
C3 Qrupu
Slovakiya - 7 xal.
Moldova - 4 xal.
Farer adaları - 3 xal.
Qazaxıstan - 1 xal.
18:00 - Qazaxıstan - Farer adaları.
22:45 - Moldova - Slovakiya.
C4 Qrupu
İslandiya - 7 xal.
Estoniya - 5 xal.
Lüksemburq - 3 xal.
Bolqarıstan - 1 xal.
22:45 - Estoniya - İslandiya.
22:45 - Lüksemburq - Bolqarıstan.



