İdman · İdman.biz

“Liverpul” və “Çelsi”nin sabiq futbolçusu karyerasını başa vurdu

Hazırda oxuyur: — Ümumi baxış: 0 Cari oxucu sayı son 90 saniyədə görünən səhifələrə əsaslanır.
Xəbəri saxlamaq üçün daxil olun
“Liverpul” və “Çelsi”nin sabiq futbolçusu karyerasını başa vurdu xəbəri üçün şəkil

İtaliya millisinin sabiq hücumçusu Fabio Borini 35 yaşında peşəkar futbolçu karyerasını başa vurduğunu açıqlayıb.

İdman.Biz xəbər verir ki, Borini bu barədə sosial şəbəkələrdə paylaşım edib.

“İnanmaqdan heç vaxt əl çəkməyən həmin oğlana təşəkkür etmək istəyirəm. Bu günə gəlib çıxdığım insan isə növbəti imkana inanmaqda davam edəcək - bu dəfə ayaqlarında top olmadan, amma eyni güclə”, - deyə Borini yazıb.

İtaliyalı futbolçunun son klubu 2026-cı ilin yayında ayrıldığı İngiltərənin “Salford Siti” komandası olub.

Futbolçu “Bolonya” akademiyasında yetişib və 2007-ci ildə “Çelsi”yə keçib. Daha sonra “Suonsi”, “Parma” və “Roma”da çıxış edən Borini 2012-ci ildə “Liverpul”a transfer olunub.

İtaliyalı hücumçu bundan sonra “Sanderlend”, “Milan”, “Verona”, Türkiyənin “Fatih Karagümrük”, “Sampdoriya” və “Salford Siti” klublarında oynayıb. Borini İtaliya millisinin əsas komandasında 1 oyun keçirib.

BİRLİKDƏ PAYLAŞAQ

Xəbəri paylaş

Oxunma0

Bu saytdakı səhifə baxışları; təkrar açılışlar da sayılır.

Yuxarı qayıt ↑