İdman · İdman.biz

Gökdeniz Karadeniz: “Azərbaycan klublarının Avropadakı nailiyyətlərinin davamlı olmasını arzulayıram”

Hazırda oxuyur: — Ümumi baxış: 0 Cari oxucu sayı son 90 saniyədə görünən səhifələrə əsaslanır.
Xəbəri saxlamaq üçün daxil olun
Gökdeniz Karadeniz: “Azərbaycan klublarının Avropadakı nailiyyətlərinin davamlı olmasını arzulayıram” xəbəri üçün şəkil

“Son illərdə Azərbaycan komandaları Avropada mühüm uğurlar qazanır. Bu komandaların önündə isə “Qarabağ” gəlir. Bir türk olaraq bu uğurlar məni çox sevindirir”.

İdman.Biz xəbər verir ki, bunu Türkiyə millisinin və Rusiyanın “Rubin” (Kazan) klubunun sabiq futbolçusu Gökdeniz Karadeniz deyib.

“Azərbaycan klublarının Avropadakı çıxışlarını qürurla izləyir, bu nailiyyətlərin davamlı olmasını arzulayıram”, - deyə Gökdeniz Karadeniz AZƏRTAC-a açıqlamasında bildirib.

Karadeniz Azərbaycan futbolunda müşahidə olunan inkişafı da müsbət qiymətləndirib:

“Bunun üçün nə qədər sərmayə qoyulduğunu dəqiq bilməsəm də, son illər Azərbaycan futbolunda müşahidə olunan yüksəlişi çox müsbət qiymətləndirirəm. Ümid edirəm ki, bu inkişaf davamlı olacaq və Azərbaycan futbolu Avropada daha böyük uğurlara imza atacaq”.

BİRLİKDƏ PAYLAŞAQ

Xəbəri paylaş

Oxunma0

Bu saytdakı səhifə baxışları; təkrar açılışlar da sayılır.

Yuxarı qayıt ↑