İdman · İdman.biz

“Formula-1” üzrə dünya çempionu yubileyindən üç gün sonra vəfat edib

Hazırda oxuyur: — Ümumi baxış: 0 Cari oxucu sayı son 90 saniyədə görünən səhifələrə əsaslanır.
Xəbəri saxlamaq üçün daxil olun
“Formula-1” üzrə dünya çempionu yubileyindən üç gün sonra vəfat edib xəbəri üçün şəkil

“Formula-1” üzrə keçmiş dünya çempionu Alan Cons 80 yaşında vəfat edib.

İdman.Biz “Kicker” nəşrinə istinadən xəbər verir ki, avstraliyalı pilot noyabrın 5-də qısa sürən xəstəlikdən sonra dünyasını dəyişib.

Onun ölümünü həyat yoldaşı Amanda Batler-Devis Avstraliya Avtomobil İdmanı Federasiyası vasitəsilə yayılan açıqlamada təsdiqləyib.

“Sevimli Alanımızın vəfatını dərin kədərlə bildiririk. O, yaxınlarının və ona hər zaman dəstək olan azarkeşlərin yaddaşında yaşayacaq. Alan bütün həyatını avtoidmana həsr edib və arxasında silinməz irs qoyub”, - deyə ailənin açıqlamasında bildirilib.

1946-cı il noyabrın 2-də Melburnda anadan olan Cons 1975-ci ildə “Formula-1”də debüt edib. O, ilk qələbəsini 1977-ci ildə Avstriya Qran-prisində “Şedou” komandasının heyətində qazanıb.

1978-ci ildə “Uilyams”a keçən pilot iki il sonra karyerasının ən böyük uğuruna imza atıb. Cons 1980-ci ildə beş Qran-pridə qalib gələrək dünya çempionu olub.

Bu nəticə ilə o, Cek Brebhemdən sonra “Formula-1”də dünya çempionluğunu qazanan ikinci avstraliyalı pilot kimi tarixə düşüb. Cons həmçinin “Uilyams” komandasına ilk fərdi dünya çempionluğunu qazandırıb.

Karyerası ərzində 12 Qran-pridə qalib gələn avstraliyalı pilot 24 dəfə fəxri kürsüyə yüksəlib və altı poul-pozisiya əldə edib.

O, indiyədək “Formula-1”də dünya çempionluğunu qazanan sonuncu avstraliyalı pilot olaraq qalır.

BİRLİKDƏ PAYLAŞAQ

Xəbəri paylaş

Oxunma0

Bu saytdakı səhifə baxışları; təkrar açılışlar da sayılır.

Yuxarı qayıt ↑