İdman · İdman.biz

Flik “Barselona”nın ulduz futbolçusunun transferinə veto qoyub

Hazırda oxuyur: — Ümumi baxış: 0 Cari oxucu sayı son 90 saniyədə görünən səhifələrə əsaslanır.
Xəbəri saxlamaq üçün daxil olun
Flik “Barselona”nın ulduz futbolçusunun transferinə veto qoyub xəbəri üçün şəkil

“Barselona”nın baş məşqçisi Hans-Diter Flik Avropanın digər klublarının marağına baxmayaraq, futbolçusu Dani Olmonun komandadan ayrılmasına qarşı çıxır.

İdman.Biz İspaniyanın “El Nacional” nəşrinə istinadən xəbər verir ki, almaniyalı mütəxəssis 28 yaşlı futbolçunu komandasının əsas üzvlərindən biri hesab edir və onun satışına razılıq vermək niyyətində deyil.

Xüsusilə Münhen “Bavariya”sının Olmo ilə maraqlandığı barədə vaxtaşırı məlumatlar yayılır. Lakin mənbənin bildirdiyinə görə, hətta böyük məbləğdə transfer təklifi daxil olsa belə, Flikin mövqeyi dəyişməyəcək.

Baş məşqçinin ispaniyalı yarımmüdafiəçiyə inamı La Liqada “Xetafe” ilə keçirilən son oyundan (3:0) sonra daha da artıb. Start heyətində Fermin Lopesin meydana çıxacağı gözlənilsə də, Flik Olmoya üstünlük verib. Futbolçu isə çıxışı ilə məşqçisinin etimadını doğruldub.

Bildirilir ki, almaniyalı mütəxəssis Olmonu taktiki planlarının mühüm hissəsi hesab edir və onu itirmək istəmir.

Qeyd edək ki, “Transfermarkt” portalı Dani Olmonun bazar dəyərini 60 milyon avro (120 milyon manat) qiymətləndirir.

BİRLİKDƏ PAYLAŞAQ

Xəbəri paylaş

Oxunma0

Bu saytdakı səhifə baxışları; təkrar açılışlar da sayılır.

Yuxarı qayıt ↑