İdman · İdman.biz

Fərid Qayıbov Avropa Şurasının idman nazirlərinin iclasında çıxış edib - FOTO

Hazırda oxuyur: — Ümumi baxış: 0 Cari oxucu sayı son 90 saniyədə görünən səhifələrə əsaslanır.
Xəbəri saxlamaq üçün daxil olun
Fərid Qayıbov Avropa Şurasının idman nazirlərinin iclasında çıxış edib - FOTO xəbəri üçün şəkil

Noyabrın 4-də Monako Knyazlığında Avropa Şurasının idmana məsul nazirlərinin 19-cu iclası keçirilib.

İdman.Biz xəbər verir ki, bu barədə Gənclər və İdman Nazirliyi məlumat yayıb.

Bildirilib ki, Azərbaycan Respublikasının gənclər və idman naziri Fərid Qayıbov iclasda çıxış edib.

İclasın açılış mərasimində Monako Knyazlığının Şahzadəsi II Albert, Avropa Şurasının Baş katibi Alen Berset və Beynəlxalq Paralimpiya Komitəsinin vitse-prezidenti Leyla Marques Mota çıxış ediblər.

Tədbir çərçivəsində “Uşaqlar və gənclər üçün təhlükəsiz və sağlam idman” mövzusu ətrafında müzakirələr aparılıb. Uşaqların və gənclərin idmanda təhlükəsizliyinin təmin edilməsi, sağlam və inklüziv idman mühitinin yaradılması, eləcə də bu sahədə beynəlxalq əməkdaşlığın və təcrübə mübadiləsinin genişləndirilməsi məsələlərinə toxunulub.

Səfər çərçivəsində nazir Fərid Qayıbov Ümumdünya Antidopinq Agentliyinin (WADA) baş direktoru Olivye Niqqli ilə də görüşüb. Görüşdə antidopinq sahəsində beynəlxalq əməkdaşlığın inkişaf perspektivləri və qarşılıqlı fəaliyyətin gücləndirilməsi məsələləri ətrafında fikir mübadiləsi aparılıb.

BİRLİKDƏ PAYLAŞAQ

Xəbəri paylaş

Oxunma0

Bu saytdakı səhifə baxışları; təkrar açılışlar da sayılır.

Yuxarı qayıt ↑