İdman · İdman.biz

Füzuli Məmmədov: “Əsas hədəfimiz növbəti mərhələyə yüksəlməkdir”

Hazırda oxuyur: — Ümumi baxış: 0 Cari oxucu sayı son 90 saniyədə görünən səhifələrə əsaslanır.
Xəbəri saxlamaq üçün daxil olun
Füzuli Məmmədov: “Əsas hədəfimiz növbəti mərhələyə yüksəlməkdir” xəbəri üçün şəkil

“MOİK-lə çempionatda keçirdiyimiz oyun da bizim üçün çətin alınmışdı”.

Bu sözləri “Şahdağ Qusar” futbol komandasının baş məşqçi Füzuli Məmmədov deyib.

Təcrübəli mütəxəssis Azərbaycan Kubokunun ikinci təsnifat mərhələsində MOİK-ə qarşı keçirəcəkləri matçla ilə bağlı fikirlərini bölüşüb.

“Rəqibin heyətində Premyer Liqada təcrübəsi olan kefayət qədər futbolçu var. Buna görə də qarşılaşmaya ciddi hazırlaşmalıyıq. Rəqibə hörmətlə yanaşırıq və oyunun asan keçəcəyini düşünmürük. Kubok və ya çempionat matçı olmasından asılı olmayaraq, meydana hər zaman qələbə qazanmaq məqsədilə çıxırıq. Qarşıdakı görüşdə də əsas hədəfimiz uğurlu nəticə əldə etmək və növbəti mərhələyə yüksəlməkdir. Bunun üçün oyun ərzində intizamlı çıxış etməli, verilən tapşırıqları düzgün yerinə yetirməliyik. Heyətlə bağlı isə hələ yekun qərar verməmişəm. Qarşılaşama ərəfəsində bir məşqimiz var. Ondan sonra son qərarımı verəcəm”, - deyə o sport24.az-a açıqlamasında bildirilib.

Qeyd edək ki, Binə qəsəbə stadionunda keçiriləcək MOİK - “Şahdağ Qusar” görüşünə sabah, saat 14:00-da start veriləcək.

BİRLİKDƏ PAYLAŞAQ

Xəbəri paylaş

Oxunma0

Bu saytdakı səhifə baxışları; təkrar açılışlar da sayılır.

Yuxarı qayıt ↑