İdman · İdman.biz

De Dzerbi qırmızı vərəqə alan futbolçuya təşəkkür etdi

Hazırda oxuyur: — Ümumi baxış: 0 Cari oxucu sayı son 90 saniyədə görünən səhifələrə əsaslanır.
Xəbəri saxlamaq üçün daxil olun
De Dzerbi qırmızı vərəqə alan futbolçuya təşəkkür etdi xəbəri üçün şəkil

“Tottenhem”in baş məşqçisi Roberto De Dzerbi İngiltərə Premyer Liqasının altıncı turunda “Mançester Yunayted”lə 1:1 hesablı heç-heçə etdikləri oyundan sonra Rodriqo Bentankura təşəkkür etdiyini açıqlayıb.

İdman.Biz xəbər verir ki, yarımmüdafiəçi Lyuk Şouya başla zərbə vurduğu üçün birbaşa qırmızı vərəqə alıb. Həmin vaxt 0:1 hesabı ilə geridə olan London təmsilçisi azlıqda qalmasına baxmayaraq, əlavə vaxtda hesabı bərabərləşdirib.

De Dzerbi matçdan sonra keçirilən mətbuat konfransında futbolçuya münasibətini belə izah edib:

“Soyunub-geyinmə otağında Rodriqo Bentankuru öpdüm və ona təşəkkür etdim. Onun reaksiyası futbolda lazım olan davranış deyildi, amma “Tottenhem” buna reaksiya verdi.

Düşünürəm ki, on nəfərlə qaldığımız həmin anda bəlkə də daha cəsarətli oynamağa başladıq, enerjimizi artırdıq və oyunun gedişini dəyişdik”.

BİRLİKDƏ PAYLAŞAQ

Xəbəri paylaş

Oxunma0

Bu saytdakı səhifə baxışları; təkrar açılışlar da sayılır.

Yuxarı qayıt ↑