İdman · İdman.biz

Vinisius “El-Klasiko”nu buraxa bilər

Hazırda oxuyur: — Ümumi baxış: 0 Cari oxucu sayı son 90 saniyədə görünən səhifələrə əsaslanır.
Xəbəri saxlamaq üçün daxil olun
Vinisius “El-Klasiko”nu buraxa bilər xəbəri üçün şəkil

“Real Madrid”in futbolçusu Vinisius Junior “Vilyarreal” üzərində 1:0 hesablı qələbə qazandıqları görüşdə meydandan qovulduğu üçün “Barselona” ilə qarşılaşmanı buraxa bilər.

İdman.Biz “Marca"ya istinadən xəbər verir ki, braziliyalı futbolçunun birbaşa qırmızı vərəqəyə görə La Liqada iki oyunluq diskvalifikasiya alacağı gözlənilir. Bu halda o, “Sevilya” və “Barselona” ilə matçlarda iştirak edə bilməyəcək.

Vinisius ikinci hissədə əks-hücum zamanı qol vursa da, VAR yoxlamasında hücumun əvvəlində Natan Salibanın saçından tutduğu müəyyənləşdirilib. Epizodu monitorda izləyən hakim qolu ləğv edib və braziliyalı futbolçuya birbaşa qırmızı vərəqə göstərib.

Qeyd edək ki, “El-Klasiko” oktyabrın 25-də keçiriləcək. La Liqanın onuncu turunda “Barselona” “Kamp Nou”da “Real Madrid”i qəbul edəcək.

BİRLİKDƏ PAYLAŞAQ

Xəbəri paylaş

Oxunma0

Bu saytdakı səhifə baxışları; təkrar açılışlar da sayılır.

Yuxarı qayıt ↑