İdman · İdman.biz

Ceyk Pol məğlub olacağı təqdirdə karyerasını başa vuracağını açıqladı

Hazırda oxuyur: — Ümumi baxış: 0 Cari oxucu sayı son 90 saniyədə görünən səhifələrə əsaslanır.
Xəbəri saxlamaq üçün daxil olun
Ceyk Pol məğlub olacağı təqdirdə karyerasını başa vuracağını açıqladı xəbəri üçün şəkil

Amerikalı boksçu və bloqer Ceyk Pol fransalı kikboksçu Sedrik Dumbeyə məğlub olacağı təqdirdə peşəkar karyerasını başa vuracağını bildirib. İdmançılar arasında döyüş dekabrın 24-də Dubayda keçiriləcək.

İdman.Biz xəbər verir ki, Pol bu barədə özünün “YouTube” kanalında yayımladığı videoda danışıb.

“Əgər o, qalib gəlsə, əlcəklərimi asıb karyeramı başa vuracağam. Amma məğlub olsa, özünü ən yaxşı hesab edən adam titan çənəli bir yutuber tərəfindən döyülmüş olacaq. Sedrik Dubayda debüt edib və karyerası da elə orada başa çatacaq”, - deyə amerikalı boksçu bildirib.

Dumbe ilə qarşılaşma Polun 2025-ci ilin dekabrında keçmiş dünya çempionu Entoni Coşuaya məğlubiyyətindən sonra ilk döyüşü olacaq. Həmin görüşdə Coşua onun çənəsini sındırıb. Bundan sonra amerikalı uzun müddət bərpa prosesi keçib.

Yayımlanan videoda Polun rinqə qayıtmaq üçün sentyabrın 10-da keçdiyi tibbi müayinənin görüntüləri də yer alıb.

Boksçu Coşuaya məğlubiyyətdən sonra karyerasını başa vurmaq barədə düşündüyünü etiraf edib. Onun sağlamlıq məsələləri üzrə məsləhətçisi də növbəti döyüşlə bağlı narahatlığını ifadə edib.

BİRLİKDƏ PAYLAŞAQ

Xəbəri paylaş

Oxunma0

Bu saytdakı səhifə baxışları; təkrar açılışlar da sayılır.

Yuxarı qayıt ↑