İdman · İdman.biz

“Barselona” “Arsenal”ın müdafiəçisini transfer etmək istəyir - Deko hərəkətə keçdi

Hazırda oxuyur: — Ümumi baxış: 0 Cari oxucu sayı son 90 saniyədə görünən səhifələrə əsaslanır.
Xəbəri saxlamaq üçün daxil olun
“Barselona” “Arsenal”ın müdafiəçisini transfer etmək istəyir - Deko hərəkətə keçdi xəbəri üçün şəkil

“Barselona” qış transfer pəncərəsində müdafiə xəttini gücləndirmək üçün “Arsenal”ın ekvadorlu futbolçusu Pyero İnkapyeni əsas namizədlərdən biri kimi nəzərdən keçirir.

İdman.Biz “Sport” nəşrinə istinadən xəbər verir ki, Kataloniya klubunun idman direktoru Deko 24 yaşlı müdafiəçinin nümayəndələri ilə ilkin əlaqə saxlayıb.

“Bayer Leverkuzen”dən London klubuna keçən İnkapye cari mövsüm zədələr və müdafiə xəttindəki rəqabət səbəbindən Mikel Artetanın komandasında kifayət qədər oyun vaxtı qazana bilmir.

Ekvadorlu futbolçunun həm mərkəz müdafiəçisi, həm də sol cinah müdafiəçisi kimi çıxış edə bilməsi “Barselona”nın baş məşqçisi Hans-Diter Flikin diqqətini çəkib. Almaniyalı mütəxəssis bu universallığın komandanın müdafiə variantlarını artıracağını düşünür.

Deko artıq futbolçunun mümkün transferə münasibətini və qış transfer pəncərəsində keçidin həyata keçirilməsi imkanlarını öyrənməyə çalışır.

Lakin əməliyyatın baş tutması asan görünmür. İnkapye “Arsenal”ın əsas heyətində daimi yer qazana bilməsə də, Arteta mövsümün ortasında heyətin zəifləməsini istəmir.

“Barselona” eyni zamanda “İnter”in müdafiəçisi Alessandro Bastoni ilə də maraqlanır. Klub rəhbərliyi yekun qərar verməzdən əvvəl bütün variantları və maliyyə imkanlarını qiymətləndirmək niyyətindədir.

BİRLİKDƏ PAYLAŞAQ

Xəbəri paylaş

Oxunma0

Bu saytdakı səhifə baxışları; təkrar açılışlar da sayılır.

Yuxarı qayıt ↑