İdman · Futbolpress.az

“Şans yaransa, yenidən qol vurmağa çalışacağam” – Makkarti

Hazırda oxuyur: — Ümumi baxış: 0 Cari oxucu sayı son 90 saniyədə görünən səhifələrə əsaslanır.
Xəbəri saxlamaq üçün daxil olun
“Şans yaransa, yenidən qol vurmağa çalışacağam” – Makkarti xəbəri üçün şəkil

“Sabah”ın futbolçusu Eyden Makkarti Çempionlar Liqasında “Vikinq”ə qarşı keçirəcəkləri oyundan əvvəl mətbuat konfransında iştirak edib.

Futbolpress.az xəbər verir ki, müdafiəçi media nümayəndələrinin suallarını cavablandırıb:

– “Vikinq” sürətli hücumlarla müdafiənizə təzyiq göstərəcəklər. Onlar turnirdəki üç matçda da fərqlənib, “Bavariya”ya qol vurublar. Onlara qarşı necə müdafiə olunacaqsınız?
– Tək müdafiə deyil, bütün komanda olaraq hərəkət etməliyik. Hər vəziyyət fərqli həll yolu istəyir. Qarşımıza çıxan hər problemin öhdəsindən gəlməyə çalışacağıq. “Vikinq” də bizim haqqımızda düşünməlidir.

– Çempionlar Liqasında ilk qolunuzu vurdunuz. Bu, sizə nə qədər inam verdi?
– Bu qol, şübhəsiz, əlavə inam verdi. Bunu növbəti oyunda da göstərməliyəm. Şans yaransa, yenidən qol vurmağa çalışacağam. Eyni zamanda müdafiədə etibarlı olmalıyıq.

Şahin Cəfərov

BİRLİKDƏ PAYLAŞAQ

Xəbəri paylaş

Oxunma0

Bu saytdakı səhifə baxışları; təkrar açılışlar da sayılır.

Yuxarı qayıt ↑