Azərbaycanın paytaxtı Bakı noyabrın 23-dən 29-dək qrepplinq, pankration və həvəskar MMA üzrə dünya çempionatlarına ev sahibliyi edəcək.
İdman.Biz Dünya Güləş Birliyinin (UWW) rəsmi saytına istinadən xəbər verir ki, hər üç idman növü üzrə yarışlar eyni məkanda təşkil olunacaq.
Qrepplinq üzrə dünya çempionatında U-15, U-17, U-20 və böyüklər yaş kateqoriyalarının təmsilçiləri mübarizə aparacaqlar. Ötən il böyüklər arasında dünya çempionatı digər yaş qruplarının yarışlarından ayrı keçirilmişdisə, bu dəfə bütün kateqoriyalar bir tədbir çərçivəsində birləşdiriləcək.
Pankration üzrə dünya çempionatında U-15 və U-17 yaş qrupları, həvəskar MMA üzrə mundialda isə U-20 və böyüklər kateqoriyalarının idmançıları qüvvələrini sınayacaqlar.
Dünya çempionatları ərəfəsində UWW tərəfindən hər üç idman növünü əhatə edən hakimlər üçün seminar da təşkil olunacaq.


