İdman · İdman.biz

Azərbaycan futzal millisi tarixində ilk dəfə Lənkəranda rəsmi oyuna çıxacaq

Hazırda oxuyur: — Ümumi baxış: 0 Cari oxucu sayı son 90 saniyədə görünən səhifələrə əsaslanır.
Xəbəri saxlamaq üçün daxil olun
Azərbaycan futzal millisi tarixində ilk dəfə Lənkəranda rəsmi oyuna çıxacaq xəbəri üçün şəkil

Azərbaycanın futzal millisi bu gün DÇ-2028-in əsas mərhələsində ilk oyununu keçirəcək.

İdman.Biz xəbər verir ki, 12-ci qrupda yer alan yığmamız Çexiya komandası ilə üz-üzə gələcək.

Lənkəran Olimpiya İdman Kompleksində təşkil olunacaq qarşılaşma saat 16:00-da başlayacaq.

Bu görüş Azərbaycan futzalı üçün tarixi əhəmiyyət daşıyır. Belə ki, milli komandamız ilk dəfə Bakıdan kənarda – bölgədə rəsmi beynəlxalq oyun keçirəcək.

Matçı İtaliyadan olan hakimlər briqadası idarə edəcək. Baş hakim Çiara Perona olacaq. Ona Martina Pikkolo və Simone Zanfino kömək edəcəklər.

Görüşün vaxt hakimi İmran Məhərrəmov, hakim-inspektoru niderlandlı Viktor van Helvoirt, UEFA nümayəndəsi isə belaruslu Andrey Miadzvedzeu olacaq.

Qeyd edək ki, Azərbaycan millisi növbəti oyununu noyabrın 8-də Latviyaya qarşı keçirəcək. Bakı İdman Sarayında baş tutacaq görüş saat 20:00-da başlayacaq.

BİRLİKDƏ PAYLAŞAQ

Xəbəri paylaş

Oxunma0

Bu saytdakı səhifə baxışları; təkrar açılışlar da sayılır.

Yuxarı qayıt ↑