İdman · İdman.biz

Azərbaycanın cüdo nümayəndələrinə altıncı və yeddinci dan dərəcələri üzrə sertifikatlar təqdim edilib - FOTO

Hazırda oxuyur: — Ümumi baxış: 0 Cari oxucu sayı son 90 saniyədə görünən səhifələrə əsaslanır.
Xəbəri saxlamaq üçün daxil olun
Azərbaycanın cüdo nümayəndələrinə altıncı və yeddinci dan dərəcələri üzrə sertifikatlar təqdim edilib - FOTO xəbəri üçün şəkil

Bakıda keçirilən cüdo üzrə böyüklər arasında dünya çempionatı çərçivəsində Azərbaycan cüdo nümayəndələrinə altıncı və yeddinci dan dərəcələri üzrə sertifikatların təqdimetmə mərasimi keçirilib.

İdman.Biz xəbər verir ki, bu barədə Azərbaycan Cüdo Federasiyası məlumat yayıb.

Bildirilib ki, Milli Gimnastika Arenasında baş tutan mərasimdə sertifikatları Beynəlxalq Cüdo Federasiyasının Təhsil və Məşqçilik üzrə direktoru Mohamed Meridja təqdim edib.

Yeddinci dan dərəcəsinə Elçin İsmayılov və Fərhad Məmmədov layiq görülüblər. Altıncı dan dərəcəsi isə Elxan Məmmədov, İrina Kindzerska, Orxan Səfərov, Nicat Şıxəlizadə, Rüfət İsmayılov və Mübariz Cəfərova təqdim olunub.

Qeyd edək ki, dan dərəcələri cüdoda yüksək ustalıq, bilik və təcrübə səviyyəsini ifadə edir.

BİRLİKDƏ PAYLAŞAQ

Xəbəri paylaş

Oxunma0

Bu saytdakı səhifə baxışları; təkrar açılışlar da sayılır.

Yuxarı qayıt ↑