İdman · İdman.biz

Aydın Bayramov “Zirə”nin çətin dövr keçirdiyini açıqladı

Hazırda oxuyur: — Ümumi baxış: 0 Cari oxucu sayı son 90 saniyədə görünən səhifələrə əsaslanır.
Xəbəri saxlamaq üçün daxil olun
Aydın Bayramov “Zirə”nin çətin dövr keçirdiyini açıqladı xəbəri üçün şəkil

“Çətin oyun idi. “Səbail”i də bu cür kollektiv yığdıqları üçün təbrik edirəm. Birinci Liqada oynasalar da, yaxşı oyunçu seçimi var. Bizi MPL səviyyəsində oyun gözləyirdi”.

Bu sözləri Azərbaycan Kubokunun ikinci təsnifat mərhələsində “Səbail”ə qarşı keçirilən matçdan sonra (əsas vaxt 2:2, penaltilərdə 3:2) “Zirə” futbol komandasının qapıçısı Aydın Bayramov deyib.

Qolkiper komandasının qarşılaşmadakı performansını dəyərləndirib, rəqibin gücünə toxunub və komandanın mövcud durumundan bəhs edib.

“Futbolçularının əksəriyyəti ötən mövsüm Premyer Liqada oynayıb. Heyətlərində yaxşı əcnəbi oyunçular da var. Onlar həm də motivasiyalı idilər, çünki yüksək liqa təmsilçisinə qarşı oynayırdılar. Çətin mübarizəyə, eləcə də penaltilər seriyasına hazır idim. Hazırda böyük heyət itkiləri səbəbindən çətin dövrdən keçirik. Qarşıda hələ də “Araz-Naxçıvan”la səfər oyunumuz var. Buna baxmayaraq, məqsədimiz qalib gəlməkdır. Amma istənilən çətinliyə hazırıq. Liderlərdən geri qalmırıq və onlara çatmağa çalışacağıq. Əsas məsələ bu çətin dövrdən sağ çıxmaqdır”, - deyə o sportal.az-a açıqlamasında söyləyib.

BİRLİKDƏ PAYLAŞAQ

Xəbəri paylaş

Oxunma0

Bu saytdakı səhifə baxışları; təkrar açılışlar da sayılır.

Yuxarı qayıt ↑