İdman · İdman.biz

“Aston Villa” Karrageri məhkəməyə verməkdən imtina etdi

Hazırda oxuyur: — Ümumi baxış: 0 Cari oxucu sayı son 90 saniyədə görünən səhifələrə əsaslanır.
Xəbəri saxlamaq üçün daxil olun
“Aston Villa” Karrageri məhkəməyə verməkdən imtina etdi xəbəri üçün şəkil

İngiltərənin “Aston Villa” klubu “Liverpul”un sabiq müdafiəçisi və futbol eksperti Ceymi Karragerə qarşı məhkəməyə müraciət etmək niyyətindən imtina edib.

İdman.Biz xəbər verir ki, Birmingem təmsilçisi bu qərarı keçmiş futbolçunun ictimai üzrxahlığından sonra qəbul edib. Klub əvvəlcə Karragerin açıqlamalarını təhqiramiz hesab edərək ona qarşı hüquqi tədbirlər görəcəyini bildirmişdi.

Məlumata görə, “Aston Villa” məhkəmə prosesinə rəsmən başlamayıb. Karragerin üzrxahlığından sonra isə klub məsələni hüquqi müstəvidə davam etdirməmək qərarına gəlib.

Xatırladaq ki, qalmaqal Karragerin “Stick to Football” podkastında səsləndirdiyi fikirlərdən sonra yaranıb. Sabiq futbolçu “Aston Villa”nın baş məşqçisi Unai Emerinin “Mançester Yunayted”i çalışdırmaq imkanını dəyərləndirməli olduğunu söyləyib.

Karrager “Aston Villa”nın heç vaxt “Mançester Yunayted” səviyyəsinə çatmayacağını bildirib. O, fikirlərinə etiraz edən Birmingem klubunun azarkeşlərinə qarşı da kobud ifadələr işlədib.

Bu açıqlamalar “Aston Villa” rəhbərliyinin narazılığına səbəb olub. Klubun sədri Nasif Saviris Karragerin komanda və azarkeşləri haqqında işlətdiyi ifadələri qəbuledilməz adlandıraraq məhkəməyə müraciət ediləcəyini açıqlayıb.

Bundan sonra Karrager X sosial şəbəkəsində üzrxahlıq edib:

““Aston Villa”dan, klubun sahiblərindən və azarkeşlərindən üzr istəmək istəyirəm. Bu həftə işlətdiyim ifadələr uğursuz və yanlış idi. “Aston Villa” azarkeşlərini əmin edə bilərəm ki, bu, zarafat idi. Lakin sözlərimin belə qəbul olunmadığını başa düşürəm və buna görə üzr istəyirəm. Bu gün sizə uğurlar arzulayıram, “Aston Villa”!”

Sabiq futbolçunun üzrxahlığından sonra klub əvvəlki mövqeyini dəyişib və məhkəmə iddiası qaldırmaqdan imtina edib.

BİRLİKDƏ PAYLAŞAQ

Xəbəri paylaş

Oxunma0

Bu saytdakı səhifə baxışları; təkrar açılışlar da sayılır.

Yuxarı qayıt ↑