İdman · İdman.biz

Alvares “Barselona”ya baş tutmayan transferindən sonra menecerini dəyişir

Hazırda oxuyur: — Ümumi baxış: 0 Cari oxucu sayı son 90 saniyədə görünən səhifələrə əsaslanır.
Xəbəri saxlamaq üçün daxil olun
Alvares “Barselona”ya baş tutmayan transferindən sonra menecerini dəyişir xəbəri üçün şəkil

Madrid “Atletiko”sunun hücumçusu Xulian Alvares futbolçu karyerasını idarə edəcək yeni menecerini seçib.

İdman.Biz “Mundo Deportivo”ya istinadən xəbər verir ki, 26 yaşlı argentinalı futbolçu “Barselona”nın yarımmüdafiəçisi Rodrinin agenti Pablo Barkero ilə əməkdaşlıq etmək qərarına gəlib. Tərəflər arasında razılaşmanın yaxın vaxtlarda rəsmiləşdirilməsi gözlənilir.

Alvaresin nümayəndəsi olmaq üçün Argentina millisindəki komanda yoldaşı və dostu Enzo Fernandesin maraqlarını təmsil edən Xavyer Pastore də namizəd olub. Bundan başqa, Jorje Mendeşin agentliyi də mümkün variantlar arasında yer alıb.

Hücumçunun menecerini dəyişmək qərarı uzun illər onun maraqlarını təmsil etmiş Fernando İdalqo ilə əməkdaşlığa son qoymasından sonra verilib. Tərəflərin yollarını ayırması Alvaresin yay transfer pəncərəsində “Barselona”ya keçidinin baş tutmaması ilə əlaqələndirilir.

Qeyd edək ki, argentinalı futbolçunun “Atletiko” ilə müqaviləsi 2030-cu ilə qədər qüvvədədir.

BİRLİKDƏ PAYLAŞAQ

Xəbəri paylaş

Oxunma0

Bu saytdakı səhifə baxışları; təkrar açılışlar da sayılır.

Yuxarı qayıt ↑