İdman · İdman.biz

AFFA prezidenti FIFA U-15 Dünya Çempionatı və Festivalı çərçivəsində millimizin növbəti oyununu izləyib - FOTO

Hazırda oxuyur: — Ümumi baxış: 0 Cari oxucu sayı son 90 saniyədə görünən səhifələrə əsaslanır.
Xəbəri saxlamaq üçün daxil olun
AFFA prezidenti FIFA U-15 Dünya Çempionatı və Festivalı çərçivəsində millimizin növbəti oyununu izləyib - FOTO xəbəri üçün şəkil

Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) prezidenti Rövşən Nəcəf Bakıda keçirilən FIFA U-15 Dünya Çempionatı və Festivalı çərçivəsində Hövsan Yarış Kompleksini ziyarət edib.

İdman.Biz xəbər verir ki, federasiya rəhbəri Azərbaycan və Andorra milliləri arasında keçirilən qarşılaşmanı tribunadan izləyib.

Millimizin 1:0 hesablı qələbəsi oyunu canlı izləyən valideynlər və federasiya nümayəndələri tərəfindən böyük sevinclə qarşılanıb.

Rövşən Nəcəf səfər zamanı kompleksin infrastrukturu, iştirakçılar üçün yaradılan şərait və qarşılaşmaların müxtəlif hava şəraitində təşkili məqsədilə görülən hazırlıq işləri ilə də maraqlanıb.

Qeyd edək ki, Hövsan Yarış Kompleksinin infrastrukturu eyni vaxtda 20 oyunun keçirilməsinə imkan verir. Hər meydançada gün ərzində 10-dək qarşılaşmanın təşkili nəzərdə tutulub. Yeni quraşdırılan peşəkar işıqlandırma sistemləri isə matçların axşam saatlarında da keçirilməsini təmin edir.

Turnir müxtəlif ölkələrdən olan yeniyetmə futbolçulara beynəlxalq yarış təcrübəsi qazanmaq, bacarıqlarını nümayiş etdirmək və fərqli futbol məktəblərinin nümayəndələri ilə qarşılaşmaq imkanı yaradır.

Xatırladaq ki, Azərbaycan millisi dünya çempionatına Timor-Leste üzərində 6:0 hesablı qələbə ilə başlayıb. Yığma ikinci oyununda isə Andorranı 1:0 hesabı ilə məğlub edib.

FIFA U-15 Dünya Çempionatı və Festivalı oktyabrın 30-da başa çatacaq. Turnirin son qarşılaşmaları Bakı Kristal Zalında keçiriləcək.

BİRLİKDƏ PAYLAŞAQ

Xəbəri paylaş

Oxunma0

Bu saytdakı səhifə baxışları; təkrar açılışlar da sayılır.

Yuxarı qayıt ↑