Dünya · Günün Səsi

Türkiyə husilərlə döyüşə girməyəcək -Yaşar Gülər

Hazırda oxuyur: — Ümumi baxış: 0 Cari oxucu sayı son 90 saniyədə görünən səhifələrə əsaslanır.
Xəbəri saxlamaq üçün daxil olun
Türkiyə husilərlə döyüşə girməyəcək -Yaşar Gülər xəbəri üçün şəkil

Türkiyə Səudiyyə Ərəbistanına dəstək göstərsə də, Yəməndəki husi qüvvələri ilə birbaşa hərbi qarşıdurmaya girməyi planlaşdırmır.

Gununsesi.info xəbər verir ki, bunu Türkiyənin milli müdafiə naziri Yaşar Gülər bildirib.

Nazir qeyd edib ki, Səudiyyə Ərəbistanına göstərilən dəstəyin əsas məqsədi çəkindirmə siyasətinin həyata keçirilməsidir.

“Səudiyyə Ərəbistanına dəstəyin məqsədi çəkindirmədir. Husilərlə toqquşmaya girilməyəcək”, – deyə Yaşar Gülər vurğulayıb.

Yaşar Gülər Səudiyyə Ərəbistanına mümkün hərbi dəstəyin məqsədinin çəkindirməni gücləndirmək olduğunu bildirib.

O qeyd edib ki, Türkiyə Səudiyyə Ərəbistanına Qətərdə olduğu kimi dəstək verməyi nəzərdə tutur, lakin husilərlə hər hansı toqquşmaya girmək planlaşdırılmır. Prioritet regionda yeni gərginliklərin qarşısını almaq, təhlükəsizlik və sabitliyə töhfə verməkdir.

Gununsesi.info

BİRLİKDƏ PAYLAŞAQ

Xəbəri paylaş

Oxunma0

Bu saytdakı səhifə baxışları; təkrar açılışlar da sayılır.

Yuxarı qayıt ↑