Dünya · Günün Səsi

Putin: Rusiya Ukrayna ilə üçtərəfli danışıqlara hazırdır

Hazırda oxuyur: — Ümumi baxış: 0 Cari oxucu sayı son 90 saniyədə görünən səhifələrə əsaslanır.
Xəbəri saxlamaq üçün daxil olun
Putin: Rusiya Ukrayna ilə üçtərəfli danışıqlara hazırdır xəbəri üçün şəkil

“Rusiya Ukrayna ilə bağlı üçtərəfli danışıqları bərpa etməyə hazırdır”.

Gununsesi.info  xəbər verir ki, bunu Rusiya prezidenti Vladimir Putin ABŞ prezidentinin xüsusi nümayəndəsi Stiv Uitkoffla görüşünün təfərrüatları barədə danışarkən bildirib.

Onun sözlərinə görə, bu üçtərəfli danışıqlarda sülh razılaşmaları əldə edildikdən sonrakı təhlükəsizlik məsələləri müzakirə olunacaq.

Putin qeyd edib ki, Rusiya və Ukraynanın gələcək təhlükəsizliyinin müzakirəsi Avropa təhlükəsizlik arxitekturasının da müzakirəsini tələb edir.

Rusiya prezidenti onu da vurğulayıb ki, Stiv Uitkoff buna diqqət çəkib və o da onunla razılaşıb.

Gununsesi.info

BİRLİKDƏ PAYLAŞAQ

Xəbəri paylaş

Oxunma0

Bu saytdakı səhifə baxışları; təkrar açılışlar da sayılır.

Yuxarı qayıt ↑