Dünya · Günün Səsi

Paşinyan: Ermənistan Aİ və Aİİ arasında seçim etməli olacaq

Hazırda oxuyur: — Ümumi baxış: 0 Cari oxucu sayı son 90 saniyədə görünən səhifələrə əsaslanır.
Xəbəri saxlamaq üçün daxil olun
Paşinyan: Ermənistan Aİ və Aİİ arasında seçim etməli olacaq xəbəri üçün şəkil

Ermənistan gələcəkdə Avropa İttifaqının (Aİ) tamhüquqlu üzvlüyü ilə Avrasiya İqtisadi İttifaqında (Aİİ) mövcud şərtlərlə iştirakını eyni vaxtda davam etdirə bilməyəcək.

Gununesi.info xəbər verir ki, Ermənistanın Baş naziri Nikol Paşinyan bu barədə noyabrın 3-də Brüsseldə Aİ-nin genişlənməsi üzrə sammit çərçivəsində “Euronews”a müsahibəsində bildirib.

O qeyd edib ki, hazırkı qaydalara əsasən, hər iki qurumda üzvlük bir-biri ilə uzlaşmır və xüsusilə gömrük tənzimlənməsi sahəsində ziddiyyətlər mövcuddur.

“Bir məqamda Ermənistan seçim etməli olacaq. Hazırda vəzifəmiz real alternativ yaratmaqdır ki, insanlar hər iki yolun hansı imkanlar açdığını anlayaraq qərar verə bilsinlər”, – Paşinyan vurğulayıb.

Gununesi.info

BİRLİKDƏ PAYLAŞAQ

Xəbəri paylaş

Oxunma0

Bu saytdakı səhifə baxışları; təkrar açılışlar da sayılır.

Yuxarı qayıt ↑