Dünya · Günün Səsi

Kobaxidze: Gürcüstan Azərbaycan-Ermənistan sülh prosesini alqışlayır

Hazırda oxuyur: — Ümumi baxış: 0 Cari oxucu sayı son 90 saniyədə görünən səhifələrə əsaslanır.
Xəbəri saxlamaq üçün daxil olun
Kobaxidze: Gürcüstan Azərbaycan-Ermənistan sülh prosesini alqışlayır xəbəri üçün şəkil

“Hazırda regionda baş verən geosiyasi dəyişikliklər fonunda Cənubi Qafqaz xalqları arasında sülhün və sabitliyin möhkəmləndirilməsi, dinc birgə yaşamağın və dialoqun davam etdirilməsi xüsusi əhəmiyyət kəsb edir”.

Gununesi.info xəbər verir ki, bunu Gürcüstanın Baş naziri İrakli Kobaxidze Azərbaycanla Gürcüstan arasında iqtisadi əməkdaşlıq üzrə birgə hökumətlərarası komissiyanın XI iclasında deyib.

Onun sözlərinə görə, Gürcüstan Azərbaycanla Ermənistan arasında başlanan sülh prosesini alqışlayır və regionun iqtisadi inkişafa nail olacağına ümid edir.

“İqtisadi münasibətlər Gürcüstan və Azərbaycan arasında strateji tərəfdaşlığın təməl daşıdır. İki ölkə arasında hüquqi çərçivə və daha geniş siyasi dinamika iqtisadi əməkdaşlığın tam inkişafına kömək edir. Məqsədimiz bu nailiyyətləri daha da inkişaf etdirmək. o cümlədən Gürcüstan məhsullarının ticarət potensialını maksimum dərəcədə artırmaq, ticarət münasibətlərini şaxələndirmək və investisiya fəaliyyətlərini genişləndirməkdir”, – Baş nazir əlavə edib.

Gununesi.info

BİRLİKDƏ PAYLAŞAQ

Xəbəri paylaş

Oxunma0

Bu saytdakı səhifə baxışları; təkrar açılışlar da sayılır.

Yuxarı qayıt ↑