Gündəm · Günün Səsi

Azərbaycandan 9 kq gümüş aparmaq istədilər

Hazırda oxuyur: — Ümumi baxış: 0 Cari oxucu sayı son 90 saniyədə görünən səhifələrə əsaslanır.
Xəbəri saxlamaq üçün daxil olun
Azərbaycandan 9 kq gümüş aparmaq istədilər xəbəri üçün şəkil

Gürcüstan-Azərbaycan sərhədində yerləşən “Qırmızı Körpü” gömrük-keçid məntəqəsində külli miqdarda gümüş zinət əşyalarının qanunsuz keçirilməsinin qarşısı alınıb.

Gununsesi.info lent.az-a xəbər verir ki, gömrük əməkdaşları Gürcüstan vətəndaşının idarə etdiyi yük avtomobilinə ətraflı baxış keçiriblər.

Yoxlama zamanı avtomobildə gizlədilmiş ümumilikdə 9 kiloqram 38 qram ağırlığında gümüş zinət əşyaları aşkarlanıb.

Məlumata görə, gömrükdə bəyan edilməyən zinət əşyalarının ümumi dəyəri 38 min 289 lari (təxminən 25 min manat) təşkil edib.

Faktla bağlı materiallar araşdırılması üçün Gürcüstan Maliyyə Nazirliyinin İstintaq Xidmətinə göndərilib.

Gununsesi.info

BİRLİKDƏ PAYLAŞAQ

Xəbəri paylaş

Oxunma0

Bu saytdakı səhifə baxışları; təkrar açılışlar da sayılır.

Yuxarı qayıt ↑