Gündəm · Yeni Çağ

Binəli Yıldırım: “Süni gündəmlər yaradaraq Azərbaycanla Türkiyənin arasını vurmağa çalışırlar” - VİDEO - Yeni Çağ

Hazırda oxuyur: — Ümumi baxış: 0 Cari oxucu sayı son 90 saniyədə görünən səhifələrə əsaslanır.
Xəbəri saxlamaq üçün daxil olun
Binəli Yıldırım: “Süni gündəmlər yaradaraq Azərbaycanla Türkiyənin arasını vurmağa çalışırlar” - VİDEO - Yeni Çağ xəbəri üçün şəkil

“Azərbaycanla Türkiyənin bu dərəcədə yaxınlaşmasını, qovuşmasını qəbul edə bilməyənlər bəzi süni gündəmlər yaradaraq aramızı vurmağa çalışırlar”.

Yenicag.az xəbər verir ki, bunu Türk Dövlətləri Təşkilatının (TDT) Ağsaqqallar Şurasının sədri Binəli Yıldırım Türk Dövlətləri Əməkdaşlıq Günü münasibətilə təşkil olunan rəsmi qəbuldə son günlərdə Azərbaycana qarşı vüsət alan qarayaxma kampaniyası barədə İTV-nin jurnalistinin sualını cavablandırarkən deyib.

“Azərbaycan və Türkiyə qardaşdır. Əvvəldə də qardaş idi, indi də qardaşdır, əbədiyyətə qədər də qardaş olmağa davam edəcək. Heç kim münasibətimizi poza bilməz, aramızı vura bilməz, bunlar əbəs səylərdir, heç fikir vermirəm. Biz bir millətin iki dövlətiyik. Azərbaycanın sevinci bizim sevincimiz, kədəri bizim kədərimizdir, əksi də eynilə keçərlidir.

Həm prezidentimiz Rəcəb Tayyib Ərdoğan, həm cənab prezident İlham Əliyevin ortaya qoyduqları iradə ilə əlaqələrimiz son illərdə xəyal edə bilməyəcəyimiz şəkildə inkişaf edib. Bu gün Azərbaycanla Türkiyə arasında gediş-gəlişlər sanki iki ayrı dövlətin gediş-gəlişi deyil, vətəndaşlar şəxsiyyət vəsiqəsi ilə qarşılıqlı olaraq gəlib-gedir, sərmayə qoyur, ticarət edir, dostluqları inkişaf etdirirlər.

Azərbaycanla Türkiyənin bu dərəcədə yaxınlaşmasını, qovuşmasını qəbul edə bilməyənlər bəzi süni gündəmlər yaradaraq aramızı vurmağa çalışırlar. Lakin bunlar əbəs işlərdir, sadəcə gülüb edib keçirik”, – Yıldırım diqqətə çatdırıb.

BİRLİKDƏ PAYLAŞAQ

Xəbəri paylaş

Oxunma0

Bu saytdakı səhifə baxışları; təkrar açılışlar da sayılır.

Yuxarı qayıt ↑