Siyasət · Günün Səsi

Azərbaycan XİN İspaniyaya başsağlığı verdi

Hazırda oxuyur: — Ümumi baxış: 0 Cari oxucu sayı son 90 saniyədə görünən səhifələrə əsaslanır.
Xəbəri saxlamaq üçün daxil olun
Azərbaycan XİN İspaniyaya başsağlığı verdi xəbəri üçün şəkil

Azərbaycan Xarici İşlər Nazirliyi İspaniyaya başsağlığı verib.

Gununesi.info xəbər verir ki, bu barədə XİN-in “X” hesabında paylaşım edilib.

Azərbaycan XİN ölənlərin ailələrinə və yaxınlarına, habelə İspaniya hökumətinə və xalqına dərin hüznlə başsağlığı verib.

“Biz bu faciədən əziyyət çəkənlərin hamısının yanındayıq və yaralılara tezliklə və tam sağalmalarını arzu edirik”, – paylaşımda qeyd olunub.

Qeyd edək ki, bu gün İspaniyada iki sürət qatarının toqquşması nəticəsində ən azı 64 nəfər ölüb, 179-dan çox insan yaralanıb.

Gununesi.info

BİRLİKDƏ PAYLAŞAQ

Xəbəri paylaş

Oxunma0

Bu saytdakı səhifə baxışları; təkrar açılışlar da sayılır.

Yuxarı qayıt ↑