Azərbaycanın Baş naziri Əli Əsədovun Gürcüstana işgüzar səfəri başa çatıb.
Gununesi.info xəbər verir ki, Əli Əsədovu Tbilisi Beynəlxalq Hava Limanından Gürcüstanın Baş nazirinin müavini, iqtisadiyyat və davamlı inkişaf naziri Mariam Kvrivişvili yola salıb.
Səfər çərçivəsində Gürcüstan və Azərbaycan arasında İqtisadi Əməkdaşlıq üzrə Hökumətlərarası Komissiyanın 11-ci iclası keçirilib. İclasda iki ölkə arasında iqtisadi əməkdaşlığın prioritet istiqamətləri müzakirə olunub.
Bundan başqa, Əli Əsədov Tbilisidə ART Riverfront hotelinin açılış mərasimində iştirak edib.
Oktyabrın 30-da Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov Türkiyənin paytaxtı Ankarada keçirilən Türk Dövlətləri Təşkilatı (TDT) Dövlət Başçıları Şurasının 13-cü Zirvə Görüşündə iştirak edib. Gununesi.info AZƏRTAC-a istinadla xəbər verir ki, tədbirdə çıxış edən nazir Ceyhun Bayramov Zirvə Görüşünün yüksək səviyyədə təşkilinə və qonaqpərvərliyə görə Türkiyə tərəfinə təşəkkürünü bildirib. Nazir Türkiyə xalqını Cümhuriyyətin 103-cü ildönümü münasibətilə bir...
Bakı, 30 oktyabr, AZƏRTAC Oktyabrın 15-də Bakıda keçirilən Asiyada Qarşılıqlı Fəaliyyət və Etimad Tədbirləri üzrə Müşavirənin (AQEM) VII Sammiti təşkilatın inkişafında mühüm mərhələ oldu. Bakı Bəyannaməsinin qəbul edilməsi, Azərbaycanın sədrliyinin 2028-ci ilədək uzadılması və Laosun AQEM-ə 29-cu üzv dövlət kimi qoşulması təşkilatın gələcək fəaliyyəti üçün yeni perspektivlər açdı. Sammitin nəticələri fonunda AQEM-in institusional əsaslarının möhkəmləndirilməsi, transformasiya prosesinin davam et
Ankara, 30 oktyabr, AZƏRTAC Qırğızıstan Prezidenti Sadır Japarov Azərbaycanın Türk Dövlətləri Təşkilatındaki (TDT) sədirliyi dövrünü yüksək qiymətləndirib.AZƏRTAC xəbər verir ki, Ankarada keçirilən TDT Dövlət Başçıları Şurasının 13-cü Zirvə Görüşündə çıxış edən Qırğızıstan lideri, təşkilatdaki sədrlik missiyası uğurla yerinə yetirən Azərbaycanın töhfəsini yüksək qiymətləndirib.Azərbaycanın səylərini vurğulayan Sadır Japarov bildirib ki, rəsmi Bakının sədrliyi dövründə təşkilat daxilində əməkdaşl