Dünya · Globalinfo.az

Zelenski və Trampın adamları qapalı görüşdə: Nə baş verir?

Hazırda oxuyur: — Ümumi baxış: 0 Cari oxucu sayı son 90 saniyədə görünən səhifələrə əsaslanır.
Xəbəri saxlamaq üçün daxil olun
Zelenski və Trampın adamları qapalı görüşdə: Nə baş verir? xəbəri üçün şəkil

Oslo şəhərində Ukrayna lideri Volodimir Zelenskinin ABŞ prezidentinin xüsusi nümayəndəsi Stiv Uitkofun başçılıq etdiyi amerikalı nümayəndə heyəti ilə görüşü başlayıb.

Globalinfo.az xəbər verir ki, bu barədə Ukrayna KİV-ləri məlumat yayıb.

Tədbirdə həmçinin Norveçin baş naziri Yonas Qar Störe və Finlandiya prezidenti Aleksandr Stubb da iştirak edirlər.

Daha əvvəl “Reuters” agentliyi yazıb ki, ABŞ prezidentinin digər nümayəndəsi, Donald Trampın kürəkəni Cared Kuşner xəstəliyi səbəbindən bu görüşdə iştirak edə bilməyəcək. Protokol foto və videoçəkilişindən sonra danışıqlar qapalı rejimdə davam etdirilib.

“Reuters”in mənbələrinin məlumatına görə, bundan sonra Stiv Uitkofun Rusiyaya səfər etməsi və prezident Vladimir Putinlə görüşməsi planlaşdırılır. Səfərin dəqiq vaxtı hələlik məlum deyil.

“Axios” qeyd edir ki, Uitkof Putinlə görüşdə Ukrayna və Avropa tərəfdaşları ilə birlikdə hazırlanmış müharibənin dayandırılması üzrə ideyaları təqdim etməyi planlaşdırır.

Bundan əlavə, danışıqların əsas mövzularından birinin Rusiya koloniyasında saxlanılan 73 yaşlı amerikalı Stiven Habbardın azad edilməsi olacağı bildirilir.

Əliyar Xəlil
Globalinfo.az

BİRLİKDƏ PAYLAŞAQ

Xəbəri paylaş

Oxunma0

Bu saytdakı səhifə baxışları; təkrar açılışlar da sayılır.

Yuxarı qayıt ↑