Dünya · Globalinfo.az

Zelenski Trampa qarşı hərəkətə keçdi: Müəmmalı zəng…

Hazırda oxuyur: — Ümumi baxış: 1 Cari oxucu sayı son 90 saniyədə görünən səhifələrə əsaslanır.
Xəbəri saxlamaq üçün daxil olun
Zelenski Trampa qarşı hərəkətə keçdi: Müəmmalı zəng… xəbəri üçün şəkil

Prezident Volodimir Zelenski ABŞ lideri Donald Trampın Ukraynaya yeni lider lazım olduğunu bəyan etməsindən dərhal sonra Böyük Britaniyanın Baş naziri Endi Börnhemlə telefon danışığı aparıb.

Globalinfo.az xəbər verir ki, Zelenski Ukraynaya verilən dəstəyə və Rusiya hücumları nəticəsində yaxınlarını itirən ailələrə göstərilən həmrəyliyə görə britaniyalı siyasətçiyə təşəkkür edib.

O, həmçinin Ukrayna şəhərlərinə davam edən Rusiya zərbələri barədə məlumat verib.

Zelenskinin sözlərinə görə, hazırda əsas prioritet hava hücumundan müdafiənin gücləndirilməsi və Ukraynada insanların həyatını qorumaq üçün real addımların atılmasıdır.

Ukrayna lideri Böyük Britaniyanın Rusiyaya qarşı sanksiya təzyiqini artırmaq niyyətinin də əhəmiyyətli olduğunu vurğulayıb.

Tərəflər diplomatik prosesin irəlilədilməsi üçün mümkün addımları da müzakirə ediblər.

Zelenskinin sözlərinə görə, Ukrayna və Böyük Britaniya birgə tədbirlər hazırlayır və yaxın günlərdə görüş keçirməyi planlaşdırır.

Əliyar Xəlil

Globalinfo.az

BİRLİKDƏ PAYLAŞAQ

Xəbəri paylaş

Oxunma1

Bu saytdakı səhifə baxışları; təkrar açılışlar da sayılır.

Yuxarı qayıt ↑