Ukrayna Prezidenti Volodimir Zelenski Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanla Qara dənizdə “taxıl dəhlizi”nin fəaliyyətinin təmin edilməsi istiqamətində birgə işləmək barədə razılığa gəlib.
Globalinfo.az xəbər verir ki, Zelenski bu barədə Telegram kanalında paylaşım edib.
Ukrayna lideri Ərdoğanla görüşündə əsas müzakirə mövzularından birinin Qara dəniz vasitəsilə taxıl daşınması olduğunu bildirib.
“Prezident Ərdoğanla kömək edə biləcək bir sıra yeni ideya və təklifləri müzakirə etdik. Bu, ərzaq təhlükəsizliyinə də aiddir.
Prezident Ərdoğanla Qara dənizdə taxıl dəhlizi üzərində işləmək barədə razılığa gəldik ki, bu dəhliz mövcud olsun və səmərəli fəaliyyət göstərsin”, – deyə Zelenski qeyd edib.
Əliyar Xəlil
Globalinfo.az




