Dünya · Globalinfo.az

Tramp İranla müharibədə günahkar axtarışına başlayıb – KİV

Hazırda oxuyur: — Ümumi baxış: 0 Cari oxucu sayı son 90 saniyədə görünən səhifələrə əsaslanır.
Xəbəri saxlamaq üçün daxil olun
Tramp İranla müharibədə günahkar axtarışına başlayıb – KİV xəbəri üçün şəkil

ABŞ Prezidenti Donald Trampın İranla müharibənin başlanmasına görə məsuliyyəti müdafiə naziri Pit Heqsetin üzərinə qoymağa çalışa biləcəyi iddia olunur.

Globalinfo.az xəbər verir ki, bu barədə “The Atlantic” nəşri mənbələrinə istinadən məlumat yayıb.

Nəşrin məlumatına görə, məsuliyyəti öz üzərinə götürmək istəməyən Tramp günahkar axtarışına başlayıb. Onun diqqəti İranla müharibənin qısa müddətdə və qətiyyətli şəkildə başa çatacağını bildirən şəxslərə yönəlib.

“Heqset də bu mövqedə olan müşavirlər arasında yer alıb. Bununla yanaşı, Trampın ətrafındakı bəzi rəsmilər müdafiə nazirinin hərbi əməliyyatların gedişi ilə bağlı açıqlamalarını şübhə altına alır və onu vəziyyəti həddindən artıq nikbin qiymətləndirməkdə ittiham edirlər. Heqset prezidentə eşitmək istədiyi sözləri deməyi çox yaxşı bacarır”, – mənbə bildirib.

Əliyar Xəlil,

Globalinfo.az 

BİRLİKDƏ PAYLAŞAQ

Xəbəri paylaş

Oxunma0

Bu saytdakı səhifə baxışları; təkrar açılışlar da sayılır.

Yuxarı qayıt ↑