Dünya · Globalinfo.az

Tokayev Türkiyəyə rəsmi səfər edəcək

Hazırda oxuyur: — Ümumi baxış: 0 Cari oxucu sayı son 90 saniyədə görünən səhifələrə əsaslanır.
Xəbəri saxlamaq üçün daxil olun
Tokayev Türkiyəyə rəsmi səfər edəcək xəbəri üçün şəkil

Qazaxıstan Prezidenti Qasım-Jomart Tokayev Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın dəvəti ilə oktyabrın 28-30-da Türkiyədə rəsmi səfərdə olacaq.

Globalinfo.az xəbər verir ki, bu barədə Qazaxıstan Prezidentinin mətbuat katibi Aybek Smadiyarov sosial şəbəkə hesabında məlumat verib.

Səfər çərçivəsində Ankarada iki ölkə liderinin iştirakı ilə danışıqlar keçiriləcək. Görüşlərdə genişləndirilmiş strateji tərəfdaşlığın daha da möhkəmləndirilməsi məsələləri müzakirə olunacaq.

Qasım-Jomart Tokayev Türkiyəyə səfəri zamanı Türk Dövlətləri Təşkilatının 13-cü Sammitində də iştirak edəcək.

Əliyar Xəlil, 

Globalinfo.az

BİRLİKDƏ PAYLAŞAQ

Xəbəri paylaş

Oxunma0

Bu saytdakı səhifə baxışları; təkrar açılışlar da sayılır.

Yuxarı qayıt ↑