Ermənistanın Moskvadan uzaqlaşaraq Avropa İttifaqına yaxınlaşması ölkənin dövlətçiliyini itirməsi ilə nəticələnə bilər.
Globalinfo.az xəbər verir ki, bunu rusiyalı jurnalist Dmitri Kiselyov deyib.
O, “Max” messencerindəki paylaşımında bildirib ki, Rusiyanın regiondakı hərbi və siyasi mövcudluğu olmadan Ermənistan digər dövlətlərin geosiyasi maraqlarının hədəfinə çevriləcək.
Kiselyovun sözlərinə görə, Moskvanın regiondan çəkilməsi qüvvələr balansını pozaraq Ermənistanı təhlükəli vəziyyətə sala bilər.
Əliyar Xəlil



