Dünya · Globalinfo.az

Türkiyə təyyarələri Rusiyaya uça bilmədi – Səbəb

Hazırda oxuyur: — Ümumi baxış: 0 Cari oxucu sayı son 90 saniyədə görünən səhifələrə əsaslanır.
Xəbəri saxlamaq üçün daxil olun
Türkiyə təyyarələri Rusiyaya uça bilmədi – Səbəb xəbəri üçün şəkil

“Ukrayna Silahlı Qüvvələrinin pilotsuz uçuş aparatları ilə hücumları fonunda Türkiyə aviaşirkətinə məxsus iki çarter reysi Minskə yönləndirilib. Həmin reyslərdə ümumilikdə 400-ə yaxın sərnişin olub”.

Globalinfo.az xəbər verir ki, bu barədə Rusiyanın Belarusdakı səfirliyi məlumat yayıb.

Bildirilib ki, səfirlik hadisənin ilk anlarından vəziyyəti nəzarətdə saxlayır.

Rusiyanın Belarusdakı səfiri Boris Qrızlov və diplomatik nümayəndəliyin əməkdaşları birbaşa “Minsk” Milli Hava Limanında olublar və Rusiya vətəndaşlarına lazımi dəstək göstəriblər.

Qeyd olunub ki, Rusiya vətəndaşları pulsuz isti yeməklə təmin edilib. Onların Rusiyaya qayıtması üçün bir neçə variant nəzərdən keçirilir.

Ukraynanın hücumları fonunda Sankt-Peterburqdakı Pulkovo hava limanında da onlarla reys gecikdirilib və ləğv edilib.

Əliyar Xəlil
Globalinfo.az 

BİRLİKDƏ PAYLAŞAQ

Xəbəri paylaş

Oxunma0

Bu saytdakı səhifə baxışları; təkrar açılışlar da sayılır.

Yuxarı qayıt ↑