Dünya · Globalinfo.az

Sabiq baş konsul Sultan Qasımov 191 min manatlıq dələduzluqda ittiham olunur

Hazırda oxuyur: — Ümumi baxış: 0 Cari oxucu sayı son 90 saniyədə görünən səhifələrə əsaslanır.
Xəbəri saxlamaq üçün daxil olun
Sabiq baş konsul Sultan Qasımov 191 min manatlıq dələduzluqda ittiham olunur xəbəri üçün şəkil

Azərbaycanın Sankt-Peterburqdakı sabiq Baş konsulu, dələduzluqda ittiham olunan Sultan Qasımovun cinayət işi üzrə məhkəmə prosesi keçirilib.

Globalinfo.az APA-ya istinadla xəbər verir ki, bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Firdovsi Əliyevin sədrliyi ilə keçirilən prosesdə ittiham aktı elan edilib.

İttihama görə, Sultan Qasımov Rusiya Federasiyası vətəndaşı Anton Zayatsa Sankt-Peterburqda 6 sot torpaq sahəsini hərrac yolu ilə onun adına keçirəcəyinə dair yalan vəd verərək, ona 191 min 500 manata yaxın ziyan vurub.

İstintaq materiallarına görə, təqsirləndirilən Sultan Qasımov digər zərərçəkmiş – Rusiyada yaşayan Faiq Mikayılovdan 10 min 200 manat alıb. O, pul müqabilində həmin şəxsin Hindistandan gətiridiyi qızıl-zinət əşyalarının gömrük nəzarətindən keçirilməsini həll edəcəyinə dair söz verib. Həmin pulun bir qismini təqsirləndirilən şəxsin tanışı Bakıda Faiq Mikayılovun yaxınından alıb. Təqsirləndirilən şəxs həmin məbləği də şəxsi ehtiyaclarına xərcləyib.

İttihama münasibət bildirən Sultan Qasımov özünü təqsirli bilmədiyini bildirib.

Məhkəmənin növbəti iclası 1 dekabra təyin olunub.

Qeyd edək ki, sabiq Baş konsul barəsində cinayət işi Baş Prokuror yanında Korrupsiyaya Qarşı Baş Mübarizə İdarəsində araşdırılıb. Məlum olub ki, zərərçəkənlərə 200 min manatdan çox məbləğdə ziyan dəyib. Zərərçəkən qismində Anton Zayats və Faiq Mikayılov tanınıb. Ümumi ziyanın bir qismi istintaq dövrü ərzində ödənilib. Belə ki, Sultan Qasımov Rusiyada yaşayan vətəndaşa torpağı hərrac yolu ilə alacağı barədə vəd verib. Bundan əlavə, digər zərərçəkənə isə qızılı hava yolu ilə başqa ölkəyə keçirəcəyi ilə bağlı söz verib.

Ona Cinayət Məcəlləsinin 12.1. 178.3.2-ci (Dələduzluq, külli miqdarda ziyan vurmaqla xarici ölkə ərazisində törədildikdə) maddələri ilə ittiham irəli sürülüb, cinayət işinin istintaqı yekunlaşıb və məhkəməyə göndərilib.

Sultan Qasımov 2009-cu ildə Rusiya Federasiyasının Yekaterinburq şəhərində Azərbaycan Respublikasının ilk Baş konsulu təyin olunub, 2016-cı ildə isə Baş konsul vəzifəsindən geri çağırılıb. O, 3 may 2016-cı ildə Azərbaycanın Sankt-Peterburq şəhərində Baş konsul vəzifəsinə təyin edilib. O, 2024-cü il oktyabrın 21-də isə bu vəzifədən geri çağırılıb.

BİRLİKDƏ PAYLAŞAQ

Xəbəri paylaş

Oxunma0

Bu saytdakı səhifə baxışları; təkrar açılışlar da sayılır.

Yuxarı qayıt ↑