Dünya · Globalinfo.az

Rusiya İranda nüvə enerjisi layihələrini genişləndirir

Hazırda oxuyur: — Ümumi baxış: 0 Cari oxucu sayı son 90 saniyədə görünən səhifələrə əsaslanır.
Xəbəri saxlamaq üçün daxil olun
Rusiya İranda nüvə enerjisi layihələrini genişləndirir xəbəri üçün şəkil

“Rosatom” şirkəti İranda daha səkkiz atom enerji blokunun tikintisi ilə bağlı razılaşma imzalayıb.

Globalinfo.az xəbər verir ki, bu barədə TASS “Rosatom”un baş direktoru Aleksey Lixaçovun açıqlamasına istinadən məlumat yayıb.

“Daha səkkiz enerji blokunun tikintisi ilə bağlı razılaşmalarımız imzalanıb. Payızda isə İranın maraqları naminə kiçik enerji bloklarının tikintisi haqqında saziş imzalanıb”, – deyə Lixaçov bildirib.

O, həmçinin “Buşehr” Atom Elektrik Stansiyasının 2 və 3 nömrəli enerji bloklarının tikintisinin davam etdiyini qeyd edib.

Əliyar Xəlil,

Globalinfo.az

BİRLİKDƏ PAYLAŞAQ

Xəbəri paylaş

Oxunma0

Bu saytdakı səhifə baxışları; təkrar açılışlar da sayılır.

Yuxarı qayıt ↑