Dünya · Globalinfo.az

Rusiya erməni əsilli gəncə 9 il həbs cəzası verdi

Hazırda oxuyur: — Ümumi baxış: 0 Cari oxucu sayı son 90 saniyədə görünən səhifələrə əsaslanır.
Xəbəri saxlamaq üçün daxil olun
Rusiya erməni əsilli gəncə 9 il həbs cəzası verdi xəbəri üçün şəkil

Rusiya internetdə yazdığı şərhlərə görə 23 yaşlı gənci 9,5 il müddətinə azadlıqdan məhrum edib.

Globalinfo.az xəbər verir ki, “Mediazona” nəşrinin məlumatına görə, Rusiya və Ermənistan vətəndaşlığı olan 23 yaşlı Gevorq Qriqoryan İkinci Şərq Dairə Hərbi Məhkəməsinin hökmü ilə 9,5 il müddətinə koloniyaya məhkum olunub.

Məlumata əsasən, Zabaykalqrayda yaşayan gənc 2025-ci ilin iyun ayında saxlanılaraq ev dustaqlığına buraxılmışdı. Onun cinayət məsuliyyətinə cəlb olunmasına səbəb erməni internet resurslarında yazdığı şərhlər olub. Qriqoryan həmin şərhlərdə Rusiyanın 2023-cü ildəki ikinci Qarabağ müharibəsi zamanı Ermənistana yardım göstərməməsindən qəzəbləndiyini bildirib və müxtəlif sərt ifadələr işlədib.

Məhkəmə onu hərbi “feyklərin” yayılması, nasizmin reabilitasiyası, eləcə də terrorizmə və ekstremizmə çağırışlar etməkdə təqsirli bilib. Prokurorluq məhkəmədən onun üçün 10 il azadlıqdan məhrumetmə cəzası istəmişdi. Bildirilir ki, Gevorq Qriqoryan günahını etiraf edib və peşman olub.

Əliyar Xəlil

Globalinfo.az

BİRLİKDƏ PAYLAŞAQ

Xəbəri paylaş

Oxunma0

Bu saytdakı səhifə baxışları; təkrar açılışlar da sayılır.

Yuxarı qayıt ↑