Dünya · Globalinfo.az

Putinlə razılığa gəlindi, ŞOK qərar verildi – Tramp vəzifədən kənarlaşdırıla bilər

Hazırda oxuyur: — Ümumi baxış: 0 Cari oxucu sayı son 90 saniyədə görünən səhifələrə əsaslanır.
Xəbəri saxlamaq üçün daxil olun
Putinlə razılığa gəlindi, ŞOK qərar verildi – Tramp vəzifədən kənarlaşdırıla bilər xəbəri üçün şəkil
6ed4cc20 0981 328a a9e6 38c3ac0c8d3f 1200

ABŞ Prezidenti Donald Tramp ilə Rusiya Prezidenti Vladimir Putin arasında telefon danışığı olub. Tramp bu barədə “Truth Social” sosial şəbəkəsində paylaşım edib.

Onun sözlərinə görə, Rusiya dərhal ABŞ və dünya bazarına 300 min tondan çox dizel yanacağı tədarük edəcək. Noyabr ayı ərzində əlavə 500 min ton, bundan dərhal sonra isə daha 1 milyon ton yanacaq göndəriləcək.

ABŞ Prezidenti qeyd edib ki, Rusiyanın neft emalı zavodlarının vəziyyətindən asılı olaraq, yaxın müddətdə əlavə 3 milyon ton dizel yanacağının da tədarükü nəzərdə tutulur.

Globalinfo.az-a danışan politoloq Məhəmməd Əsədullazadə deyib ki, Tramp Rusiya ilə dizel yanacağı barədə razılaşma əldə edib:

“Rusiyaya bununla bağlı sanksiyaları dayandırıb. Mayamidə ABŞ və Ukrayna rəsmilərinin danışdığı bir vaxtda Trampın  Putinlə razılaşması Kiyevə ağır zərbədir.

Donald Tramp noyabrda keçiriləcək Konqres seçkiləri ərəfəsində benzin və dizelin qiymətinin qalxmasından narahat idi. Rusiya ilə sövdələşməsi əsasən, ABŞ-da seçki qabağı benzin və dizelin qiymətini sabitləşdirməyi hədəfləyib. Əgər, Respublikaçılar Partiyası Konqresdə uduzsalar, Trampın impiçmenti qaçılmaz olacaq.

mehemmed esedullazadeee 900x574 1
Məhəmməd Əsədullazadə

Aparılan sorğular və gedişat onu göstərir ki, Trampın yürütdüyü siyasət ABŞ cəmiyyətində dərin məyusluq yaradır. Qeyd edim ki, İranla bağlı razılaşmanın  olmaması və Ukraynanı çətin vəziyyətə salmaq Konqrens seçkilərində Respublikaçılar Partiyasının səslərin əhəmiyyətli hissəsini itirməsinə gətirib çıxara bilər”.

Turan Rzayev
Globalinfo.az

BİRLİKDƏ PAYLAŞAQ

Xəbəri paylaş

Oxunma0

Bu saytdakı səhifə baxışları; təkrar açılışlar da sayılır.

Yuxarı qayıt ↑