İsrail Xarici İşlər Nazirliyi Navi Pillayın Nobel Sülh Mükafatına layiq görülməsinə sərt reaksiya verib.
Globalinfo.az xəbər verir ki, bu barədə xarici KİV məlumat yayıb.
Qurumun bəyanatında Pillay yalan, nifrət və qanlı böhtarlarda ittiham olunub.
Bildirilib ki, onun İsrailin siyasi motivlərlə demonizə edilməsində və ölkəyə qarşı soyqırımı ittihamlarının irəli sürülməsində rolu var:
“Pillaya Nobel Sülh Mükafatının verilməsi ədalətin tanınması deyil. Bu, mükafatın anti-İsrail nifrətini və qərəzini legitimləşdirmək üçün silaha çevrilməsidir”.
Safura Bənnayeva
Globalinfo.az


